Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Saatlıda bəzi namizədlər imkansız insanları pulla ələ alır-PROBLEM

Yenixeber.org: 62 saylı Saatlı seçki dairəsindən bəzi deputatlığa namizədlərin qeyri-qanuni hərəkətləri barədə redaksiyamıza yeni–yeni faktlar daxil olmaqdadır. Rayon sakinləri keçən beş çağırış dövründə rayonla heç bir əlaqəsi olmayan şəxslərin yenidən deputat təyin edilməsinə və əvvəlki qanusuzluqların hazırki seçkilərdə də təkrar olunmasına cəhdləri qətiyyətlə pisləyirlər. Onlar seçki təbliğatına qanunsuz müdaxilələrin rayonda qarşıdurmalara yol açdığını, gərginliyi gündən-günə artırdığını bildirirlər.

Artıq kənardan müəyyən qüvvələrin təzyiqi ilə deputat təyin etməyə cəhdlər açıq –aşkar özünü büruzə verməyə başlamış, yerli namizədlərin açıq mübarizə müstəvisinə keçmiş seçki kampaniyasında qeyri-qanuni, xoşagəlməz halların sayı sürətlə artmaqdadır. Hakimiyyət təmsilçilərinin əhalini zorla YAP-ın namizədi Əziz  Ələkbərlinin  və hansısa adi bir turizm şirkətinin təmsilçisi Nahid Bağırovun görüşünə məcbur etməsi yerli sakinlərin haqlı hiddət və qəzəbinə səbəb olmuşdur. Ötən yazımızda 62 saylı Saatlı seçki dairəsində baş verən özbaşınalıqlar haqqında Daxili İşələr Nazirliyinin bəyanat verdiyini və 62 saylı DSK-nın sədri Arif Əliyevin mətbuatda açıqlamalarla çıxış etdiyini bildirmişdik. Lakin bu tədbirlər qarşıdurmaları nəinki səngitməmiş, əksinə onu daha da artırmışdır.

Yerlərdən gələn məlumatlara görə, hakimiyyət ərazi nümayəndələri vasitəsilə onbaşılar, yüzbaşılar təşkil edərək, büdcə təşkilatlarında çalışanları- müəllimləri, həkimləri, ümumiyyətlə, əmək haqqı alan hər bir işçini işdən çıxarmaq hədəsi ilə öz istəklərini həyata keçirmək istəyir. Deputatlığa namizəd Nahid Bağərov hakimiyyətin qanunsuz addımlarından ruhlanaraq namizəlyi bu dairədə qeydə alınmayan Axıska türklərinin “Vətən” cəmiyyətinin rəhbəri və müavilni ilə gizli sövdələşməyə girmiş və Axıska türklərini müəyyən məbləğdə pul qarışılığında öz xeyrinə səs verməyə razı sala bilmişdir. Bununla bağlı “Vətən” cəmiyyətinin yaxın günlərdə bəyanat verəcəyi bildirilir.

Digər namizədlər də seçicilərin pulla ələ alınması sahəsində yarışına girişmişlər  desək, səv etmərik. Belə ki, namizəd Mehdiyev Oqtay Hüseyn oğlu artıq bir neçə gündür ki, Çolpu kənd sakini fermer Vaqif İsayevi kənd icra nümayəndəsi ilə birlikdə həm öz, həm də qonşu kəndlərdə imkansız seçicilərin pulla əllə alınması işinə qoşmuşdur. Onlar qısa müddətdə təxminən 12 (on iki) min manat pul paylamış və başqa kəndlərdə də bu prosesi davam etdirməkdədirlər. Faktla bağlı Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev də məlumatlandırılmışdır.

Namizəd Oqtay Mehdiyevin tərəfdarları YAP-ın namizədi Əziz Ələkbərliyə və iqtidarın namizədi Kamil Seyidova qarşı seçki mübarizəsi apardıqları təəsüratını yaradaraq rayonda müxalif qüvvələri öz ətraflarına cəmləmişlər. Bu işdə onlara Bakıdan gəlmiş AXCP fəalı, O.Mehdiyevin yaxın qohumu olan Elşad adlı şəxs də köməklik göstərir. Elşad və onun ətrafında olan Oktay Mehdiyevin tərəfdaşları dünən rayonun Azadakənd kəndində (bu kənd AXCP sədri Əli Kərimlinin doğulduğu kənddir) olmuş və bu kəndin əhalisini Oqtay Mehdiyevi dəstəkləməyə çağırmışlar. Beləliklə, Seçki qanunu kobud şəkildə pozulmaqda davaç edir.(cumhuriyyet)

 

(Növbəti yazıda daha maraqlı faktlar açıqlayacağıq).       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam