Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əflatun Amaşovun dairəsindən kim mandat alacaq? –Parlaq namizəd yoxdur, amma...

 

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun V çağırış Azərbaycan Milli Məclisinə deputat seçildiyi 62 saylı Saatlı Seçki Dairəsindən 10 nəfər namizədliyini irəli sürüb. Onların arasında MŞ sədrinin adı yoxdur. Ə.Amaşov səbəbini açıqlamasa da, növbədənkənar seçkilərdə iştirak etmir.

Yenixeber.org: Bəs həmin dairədən millət vəkili olmağa ən şanslı namizədlər kimlərdir?

Mərkəzi Seçki Komissiyasının informasiya bazasında adları olan iddiaçılardan cəmiyyətdə tanınmış şəxslər yoxdur. Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan Foklor İnstitunun “Dədə Qorduq” şöbəsində aparıcı elmi işçi olan Əziz Ələkbərovdur.

İş yerlərinə görə diqqətçəkən namizədlərdən “Azərbaycan Turizm Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Nahid Bağırov, Vəkillər Kollegiyasının üzvü Şamxal Babayevdir.

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində heyvandarlıq sektorunun müdiri Həmid Qasımov, Saatlı Peşə Liseyində istehsalat təlim ustası Rahib İsmayılov da deputat olmaq niyyətindədirlər.

Bəzi məlumatlara görə, bu dairədə hakimiyyətin əsas namizədi “Azərbaycan Turizm Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Nahid Bağırovdur...(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam