Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Prezidendin mühafizəçisi adı ilə “dələduzluq”-FOTOLAR

 

97 yaşlı qadının 1250000 dollarlıq əmlakı necə talan edilib?

Yenixeber.org: Kərimova Fatma Həsən qızı 97 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısının dul qadınıdır. Keşlə qəsəbəsində mülkləri olub. Qızı Zeynalova Fazilə bildirir ki, 2007-ci ildən qardaşı Kərimov Vahid Hüseynov Sulduz Qəşəm oğlu ilə tanış olub. Həmin şəxs özünü İlham Əliyevin mühafizəçisi kimi təqdim edib. Kərimov Vahid 2009-cu ildə Keşlədəki mülklərini bil milyon iki yüz əlli min dollara satdıqdan sonra Hüseynov Sulduz müxtəlif vaxtlarda ondan pullar alıb. Daha sonra həmin pulların müqabilində Novxanı qəsəbəsində olan bağ evini Vahidgilə 175 min dollara satıb. O vaxta kimi isə onlardan 87 500 dollar alıb. Sonra dan bu istintaq sənədlərində də öz əksini tapıb.


Kərimov Vahid evin adına sənədləşməsini istədikdə Hüseynov Sulduz müxtəlif bəhanələr gətirib. Hüquq mühafizə orqanalrına müraciət etdikdə isə evin Hüseynov Sulduzun yeznəsinin adına olduğu məlum olub. Bundan sonra Kərimov Vahid 2013-cü ildə müəmmalı surətdə avtomobil qəzasında həlak olub. Yaxınları isə buna inanmır. Onun pula görə öldürüldüyünü iddia edir.
Hüseynov Sulduz Kərimovlar ailəsini Abdullayev Vilayət adlı nümayəndə ilə tanış edib. Guya Vahidin işlərini yerinə yetirəcəkmiş. Amma bu dövrdə Kərimova Fatmanı aldadaraq ondan etibarnamə alıb. Həmin etibarnamə əsasında Kərimova Fatmanın digər əmlaklarını satıb. Hətta Fatma Kərimovanın ona guya 350 min dollar borclu olması barədə sənəd də əldə edib.


Hüseynov Sulduz Kərimov Fatmanı məhkəməyə verərək satdığı evdən məhkəmə qərarı ilə çıxartmağa da nail olub. 2016-ci ilin noyabrından məcburi surətdə küçəyə atılıb.
Abdullayev Vilayət daha sonra bu işlərə Hacıyev Camal adlı bir nəfəri qoşub. Onu isə vəkil kimi təqdim edib. Mənimsənilən pulları məhkəmə yolu ilə geri qaytarmaq üçün əlavə olaraq 136 min dollar pul da alıb. Bu barədə Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb. Hacıyev axtarışa verib, hələ də tutulmayıb.

Məhkəmələrdə əvvəlcədən qurduğu oyuna görə Hüseynov Sulduz barəsində işə isə xitam verilib. Hüseynov Sulduz Kərimova Fatmaya olan 87 500 dollar borcu isə onların evdə qaldığı müddət üçün kirayə haqqı ilə əvəz etmək niyətindədir.
2016-cı ildən məhkəmələrdə süründürülməçiliyə məruz qalan 97 yaşlı Kərimova Fatma hazırda Novxanı qəsəbəsində kirayədə yaşamağa məcbur qalıb. Aldığı 205 manatı kirayə haaqı verir. Qızlarının yardımı ilə dolanır.
Əlacsız qalan ahıl qadın kimə müraciət edəcəyini bilmir. Hara müraciət edirlərsə, müddətin keçməsi bəhanəsi ilə iddialarını geri çevirirlər. Kərimova Fatma və qızları baş verənlərin yüksək səviyyədə həyata keçirilən dələduzluq faktları olduğunu bildirirlər. Təəssüf ki, məhkəmələr də bu faktları ört-basdır edirlər.
Yazıda adı çəkilən şəxslərin mövqe bildirmək haqları saxlanılır.

azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam