Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

15 yaşlı oğlanı qorxudub əlindən 77 min manatını aldılar, sonra... -Bakıda AĞLAGƏLMƏZ HADİSƏ

15 yaşlı oğlanı qorxudub əlindən 77 min manatını aldılar, sonra... - Bakıda AĞLAGƏLMƏZ HADİSƏ

Bakıda yetkinlik yaşına çatmayan şəxsi qorxudaraq ondan külli miqdarda pul alan şəxslərə qarşı əməliyyat keçirilib.

Yenixeber.org: Bakı şəhəri Ş.Rəhimov küçəsində yaşayan 1968-ci il təvəllüdlü Ələkbərov Namiq Sahib oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, naməlum şəxslər onun 15 yaşlı oğluna hədə-qorxu gələrək külli miqdarda pul alıblar. Məlum olub ki, Cəlal və adları məlum olmayan bir neçə nəfər 15 yaşlı Kamranı (ad şərtidir) müxtəlif vasitələrlə hədələyib və yeniyetmə oğlan 4 oktyabr tarixində 27 min dollar, daha bir gün sonra isə 18 min dollar olmaqla, ümumilikdə 45 min dollar pulu (təxminən 77 min manat) həmin şəxslərə verib.

Müracitin daxil olmasından sonra dərhal müvafiq cinayət işi açılıb və əməliyyat axtarış tədbirləri həyata keçirilib. Artıq yetkinlik yaşına çatmayan şəxsdən hədə-qorxu yolu ilə külli miqdarda pul almış şəxslərdən Həsənli Cəlal İlqar oğlu və Hüseynov Fərhad Elçin oğlu tutularaq istintaqa təhvil verilib. Cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək yaxalanması istiqamətində iş aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam