Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlılar İranda etiraz aksiyası keçiriblər

 

 

İranın Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində İran parlamentinə kürd namizəd, Əbdülkərim Hüseynzadənin xeyrinə edilən seçki saxtakarlığına qarşı etiraz aksiyası keçirilib.

Xeberinfo.com:  Azərbaycan türklərindən olan minlərlə aksiyaçı, Sulduz fərmandarlığının binası qarşısında toplaşaraq 20 min nəfərin kənar yerlərdən Üşnəviyyəyə gətirilməsinə və onların kürd Əbdülkərim Hüseynzadənin xeyrinə səs verməsinə etiraz bildiriblər. 

Etirazçılar bildiriblər ki, Üşnəviyyə şəhərində əhalinin səsverməyə qatılması 140 faiz həddində olsa da, fərmandarlıq saxtakarlıq edərək bu rəqəmin 80 faiz olduğunu elan edib.

Aksiyaçıların dediyinə görə, kürd namizədin xeyrinə 40 mindən çox saxta səs qutulara salınıb və hökumət qurumları da qəsdən buna şərait yaradıblar. Üşnəviyyə fərmandarlığı isə bildirib ki, Əbdülkərim Hüseynzadə 62 min seçicinin səsini qazanaraq Sulduz (Nəqədə) və Üşnəviyyə şəhərlərindən İran parlamentinə deputat seçilib.

Yayılan məlumatlara görə, Aərbaycan türklərinin seçki saxtakarlığına qarşı etirazları davam edir. 

Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçirilib. Seçkilərdə prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr parlament seçkilərində böyük qələbə qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam