Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəmaləddin Heydərov Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

Kəmaləddin Heydərov  Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

Məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən, nazir və komitə sədrləri, eləcə də, dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb onların problemlərini dinləyirlər.

Yenixeber.org: Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüş vaxtı təyin olunmağına baxmayaraq, nazir vətəndaşları qəbul etmir. 

Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən saytımıza bildirilib ki, onlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.

Belə ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyulda baş tutub.

K.Heydərovun əhali ilə sonuncu görüşü də elə o olub. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbuletmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə, sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib.

Belə çıxır ki, “fövqəlnazir” Prezidentin tapşırıqlarına əməl etməyərək, üç aydır ki, vətəndaşlarla görüşüb, onların problemlərini dinləmir. (Unikal.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam