Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Gədəbəydə İcra Hakimiyyətinin yeni binasına ayrılan pul hara gedir? -   İDDİA 

  

 


Feysbuuk sosial şəbəkəsində Gədəbəy İcra hakimiyyəti ilə bağlı ilginc iddia paylaşılıb. Sosial şəbəkənin "Güzgü" səhifəsində yazırlar:
Gədəbəyin Daryurd kəndində binanın döşəməsinin uçması ilə bağlı dərc etdiyimiz yazıdan sonra səhifəmizə daha biabırçı məlumat daxil oldu.
Hazırda Gədəbəy rayon icra hakimiyyətinə yeni bina tikilir. Binanın tikintisinə 3.5 milyon manat vəsait ayrılıb. Həmin vəsaiti rayonun icra başçısı İbrahim Mustafayevlə Maliyyə idarəsinin müdiri Namiq (internetdən əldə etdiyimiz məlimata görə soyadı Məmmədovdur) mənimsəyirlər. Binanın tikintisində fəhlələrə ayrılan pul bu iki şəxsin cibinə gedir və fəhlə kimi DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzinin işçiləri pulsuz işlədilir. Binanın tikintisi yerli sahibkarların hesabına başa gəlir. Rayonda Samir adlı sahibkarın qeyri-yaşayış obyektinin tikintisinə icazə verilib. Bunun müqabilində Samir yeni tikilən icra hakimiyyətinin binasının üz qabığına aqlay vurulmasını öz öhdəliyinə götürüb və yerinə yetirir.
Binanın tikintisi həmin ərazidə yaşayan insanları çox narahat edir. Tikinti ilə yolu tam darladıblar. Həmin yol məkətəbə, uşaq bağçasına və 3000 min sakinin mənzilinə uzanan yoldur. Bu da həmin ərazidə yaşayan insanların gündəlik hərəkətinə maneə olur. Orda yaşayan 3000 min sakinin harayına gələn Tibbi Təcili Yardım, Yanğın Söndürən maşınlarının, yas və toy mərasimlərində iştirak edən insanların hərəkətini çətinləşdirir.
Tikintidə istifadə olunan texnikalar rayonun Kommunal Müəssisələr Kombinatına məxsusudur.

Beləliklə güclü maliyyə yeyintisi olur. Bunu icra başçı ilə Maliyyə idarəsinin müdiri əlbir həyata keçirir. Bu iki şəxsin yaxınlığının 15 illik tarixi var. İcra başçısın qardaşı İsgəndər (yəqn ki, soyadı Mustafayevdir) ilə Maliyyənin müdiri Namiqin yeznəsi Saday uzun illərdir yaxın dostdurlar. Buna görə də saxta maliyyə əməliyyatlarını rahat şəkildə icra edirlər.

Göndərdi: Fəqani Hüseynov

Yenixeber.org olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam