Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik:Ötən ay 8 məktəbdə şagird-müəllim arasında münaqişə qeydə alınıb

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 28 müraciət daxil olub. 

Yenixeber.org: Təhsil Nazirliiyindən verilən məlumata görə, Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Bildirilib ki, nazirliyin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam