Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

DEPUTAT ADİL ƏLİYEVDƏN ŞİKAYƏTÇİLƏR OD PÜSKÜRDÜ-VİDEO

 

image here
Şikayətçilər: «Cənab Prezident! Deputat Adil Əliyevin tamahı üzündən 30-a yaxın şəhid, əlil və zəlil günə qalmış ailə üzvlərimiz səfalət içində yaşamağa məhkum edilib…»
Yenixeber.org: …Millət vəkili Adil Əliyevdən şikayətlər səngimir. Bu gün də redaksiyamıza təşrif buyurmuş şikayətçilər millət vəkilinin qanunsuz və ədalətsiz hərəkətindən bezərək Prezident İlham Əliyevə müraciət etdilər. Şikayətçilərin nümayəndəsi Elxan Xəlilov qeyd etdi ki, «Cənab Prezidentimiz İlham Əliyevin bu ilin oktyabrın 23-də yeni təyin edilmiş iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bəzi məmurların sahibkarlara qənim kəsilməsi ilə bağlı çıxışından ruhlanaraq bu müraciəti etmək qərarına gəldik. Cənab Prezident bir daha sahibkarlara çağırış edərək dedi: «…Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar… Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər». Biz də istəyirik ki, neçə ildir qanunsuz əməlləri ilə bizə qənim kəsilən, həyatımızı zəhərə döndərən deputat Adil Əliyevin dözülməz hərəkətlərini cənab Prezidentin diqqətinə çatdıraq…».
***
Xatırladırıq ki, millət vəkili Adil Əliyev fərdi sahibkar Xəzəngül Məmmədovanın mülkiyyətçisi olduğu, bələdiyyə qərar və sərəncamları, dövlət Aktı və s. ilə təsdiqlənmiş torpağını qanunsuz olaraq zəbt edərək orada qayınanası Qətibə Abdullayevanın adına «Çıraq» Şadlıq sarayı tikdirmişdir. Şikayətçilərin bildirdiyinə görə deputat hər yerdə əvvəlcə tikintinin guya Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən aparıldığını demişdir. Sonradan isə başqa bir yalan məlumat yayılmışdır və bu yalanlar, hətta məhkəmə sənədlərinə də gedib çıxmışdır ki, guya orada bu dəfə Korrupsiya İdarəsi üçün bina tikiləcək.

Deputatın məhkəmə qərarına saldırdığı və Hacıbala Abutalıbovun «verdiyi» saxta, olmayan sərəncamı…

Budur, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Museyib Seyfəddin oğlu Bayramovun sədrliyi ilə 24 fevral 2015-ci ildə keçirilən məhkəmə iclasının qəbul etdiyi qərarın (İş№-2inz(81)-4265-2014) 4-cü səhifəsinin 13-cü abzastında yazılır: «Qeyd olunan ərazi dövlət mülkiyyətində olan torpaqlara aid edildiyindən Bakı şəhər İcra Hakimiyyətinin 23 yanvar 2012-ci il tarixli, 026 saylı Sərəncamına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsindəki torpaq sahəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-Axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə, müvafiq tələblərə cavab verən tikililərin layihələndirilməsi üçün Baş Prokurorluğun daimi istifadəsinə 0, 896 ha torpaq sahəsi ayrılmışdır».
Hansı ki, hakimin əlinin altında bu torpağın bələdiyyə mülkiyyətində olması barədə rəsmi dövlət sənədləri, arxiv arayışları vardır. Allahsızlığın son həddi!
«Təsəvvür edin, hakimin ədaləti, dini-imanı yoxdur, saxtalıq edir, bunu buraxırıq onun hakim vicdanının mühakiməsinə, bəs bu boyda millət vəkili adını və vəsiqəsini daşıyan Adil Əliyev necə və hansı haqla yalan işlərə imza atır? Və nəticədə biz insanları illərdir küçələrdə, məhkəmə qapılarında süründürür???», -deyir şikayətçilər.
Hansı ki, şikayətçilərin vəkili məhkəmədən tələb etsə də ki, əgər varsa, həmin sərəncam proses iştirakçılarına göstərilsin, amma hakim tapıb göstərməyib. Axı olmayan şeyin nəyini göstərsinlər??? (Foto təqdim edilir).

DEPUTAT ADİL ƏLİYEVDƏN ŞİKAYƏTÇİLƏR OD PÜSKÜRDÜ-VİDEO
DEPUTAT ADİL ƏLİYEVDƏN ŞİKAYƏTÇİLƏR OD PÜSKÜRDÜ-VİDEO
DEPUTAT ADİL ƏLİYEVDƏN ŞİKAYƏTÇİLƏR OD PÜSKÜRDÜ-VİDEO
DEPUTAT ADİL ƏLİYEVDƏN ŞİKAYƏTÇİLƏR OD PÜSKÜRDÜ-VİDEO

Göründüyü kimi, bir məhkəmə qərarında torpağın bələdiyyə torpağı olduğu göstərilir və onun X.Məmmədovaya məxsus olduğunu Dövlət Arxiv İdarəsinin arayışı təsdiq edir, 1 saylı İnzibati-İqtisadi Məhkəmənin hakimi isə qərarında yazır ki, yox, bu torpaq Dövlət fonduna aiddir! İndi bu dünya dağılmasın, neyləsin!?
***
Nə deyirik: inanırıq ki, bu vətəndaşların haqq səsi ən qısa zaman içində lazımi səviyyədə eşidiləcək. Amma bir məsələ bizi ciddi düşündürür: deputat Adil Əliyev onsuz da bilir ki, bu haqsızlıq nəhayət, sona çatacaq və o, ya bu insanlarla halallaşacaq, ya da qayınanasının adına tikdirdiyi «Çıraq» Şadlıq Sarayı söküləcək.
Yaxşı, bunları billə-bilə, onun insanları dövlətdən, mənsub olduğu hakimiyyətdən ciddi şəkildə narazı salmaqda və süni olaraq məhkəmə qapılarında əziyyətə məcbur etməkdə məqsədi nədir???
Mövzuya qayıdılacaq.
(tezadlar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam