Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Polimer Materialları İnstitutunun ərazisini kim və necə satdı?-YENİLƏNİB

 

Yenixeber.org: Son illərdə respublikamızda gənclər şəhəri kim tanıdığımız Sumqayıtda görulən quruculuq,abadlıq işləri sakinlərin ürəyincə olsa narazılıq yaradan nüanslar da az deyil. Bu barədə dövri mətbuatda vaxtaşırı narazılıqlarla dolu yazılar da  dərc olunur. Sözügedən yazılarda sakinlər daha çox şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun özbaşına əməlləri, kiçik və orta sahibkarlara qarşı yaradılan süni maneələr qabardılır, abadlıq və quruculuq işlərinin aparılmasında sahibkarlara vurulan ziyanlardan söhbət açılır. Son vaxtlar Sumqayıt şəhərində tikilən və tikilməkdə olan hündürmərtəbəli binaların yerlərinin də məhz Zakir Fərəcov tərəfindən satıldığ barədə məlumatlarlar dolaşmaqdadır. Aktualinfo.org-a verilən ilginc məlumatlarda isə Zakir Fərəcovun deyil Sumqayıt şəhərindəki Polimer Materialları İnstitutunun ərazisinin bir neçə il öncə tikinti şirkətlərindən birinə satılması ilə bağlıdır.

Məlumatlara görə Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov  bu institutda 2016 cı ildəın rəhbərlik edir. Vəzifəı başına gələr gəlməz Sumqayıt şəhərində I mikrorayonda, Səməd Vurğun küçəsində yerləşən institutun ərazisini və qazanxanasını tikinti şirkətinə satıb. Əvəzində isə iki, biri 2 otaqlı,digəri isə 3 otaqlı olmaqla mənzil alıb. Məlumatlara görə ilk vaxtlar Bəxtiyar Məmmədov işçilər arassında söz-söhbətlərin yayıldığını görüb mənzillərin institutun qonaq evi olduğunu qələmə verib. Hazırda isə həmin mənzillərdə,3 otaqlıda oğlunun 2 otaqlıda isə özünün yaşadığı bildirilir. Redaksiyamıza verilən məlumatlara görə Bəxtiyar Məmmədov hazırda başqa bir tikinti şirkəti ilə danışıqlar aparır. Yaxınlarda institutun ərazisuində yeni hündürmərtəbəli bir yaşayış kompleksinin tikintisi də gözlənilir. Qeyd edək ki institutun ərazisində geniş yaşıllıq zonası mövcuddur ki, bu çoxillik ağacların məhv edilməsi üzərində hazırda işlər gedir. Maraqlıdlır görəsən Bəxtiyar Məmmədov buradan neçə mənzil almağı planlaşdırır. Qeyd etmək lap yerinə düşər ki hazırda institutda illlərlə çalışanların mənzili olmadığı halda direktorun belə qısa müddətdə bir neçə mənzil almasına Milli Elmlər Akademiyasında necə baxırlar? Daha maraqlısı isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu alqı-satqı əməliyyatlarında kənarda qalmasıdır. Görəsən həqiqətənmi Zakir Fərəcov bir icra başçısı olaraq Polimer Materialları İnstitutunun ərazisinin satılmasında sadəcə seyrçi rolunu oynayır? Yoxsa adətinə uyğun olaraq bir kənarda durub kimləri isə qabağa verməklə öz işini görür. Bunu da zaman göstərəcək. Mövzuya qayıdacağıq.

Dünən redaksiyamıza verilən məlumatlara görə Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov İnstitutun ərazisini satmaq yolu ilə əldə etdiyi iki mənzil barədə məlumatların mətbuata ötürülməsindən narahatlığını ifadə edib. Belə ki, Bəxtiyar müəllim işçilər arasında bu informasiyanı ötürənlərin axtarışına çıxıb. Biz bir mətbuat orqanı olaraq Bəxtiyar Məmmədovun bu təşvişini başa düşürük. Vaxtı ilə institutun 80 kvadratmetr ərazisisini sataraq iki mənzil əldə etmiş direktorun narahat olmasına başqa bir səbəb də var. Axı, Sumqayıtda yerləşən institutun ərazisinin kifayət qədər geniş olması və Bəxtiyar Məmmədov yeni bir göydələnin tikintintisinə torpaq sahəsi satmağı planlaşdırmağı barədə məlumatların da dolaşdığını yuxarıda qeyd etmişdik. Görünür bu planın baş tutmayacağından və işçilər arasında narazılıqlar yaranacağından ehtiyyat edən direktor narahat olmağa başlayıb. Bu kimi gizlin əməllərinin üstünün açılacağından ehtiyat edən Bəxtiyar Məmmədov daha bilmir ki, işçilərinin sayı 250-dən çox olan institutda gizlin heç nə etmək olmaz. Bir də ki, Sumqayıt balaca bir şəhərdir və hamı bir-birini yaxşı tanıdığından burada ümumiyyətlə gizlin heç bir iş görmək mümkün deyil.(Aktualinfo.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam