Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Rəis məhbusları lüt soyunduraraq ayaqyolunu bir-birlərinin üzərinə etməyə məcbur edir" -13 saylı Türmədə

 

Yenixeber.org: Ədliyyə Nazirliyi Penitensiar Xidmət 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslara işgəncə verilməsi iddiasına münasibət bildirib. Criminal.az xəbər verir ki, iddianı ictimai fəal İlkin Rüstəmzadə yayıb.
O, bu barədə məlumatı məhbusların yaxınlarından aldığını bildirib: "Müəssisə rəisi Çingiz Yunisov karserə saldığı məhbusları lüt soyunduraraq bir-birinin üzərinə bağlayır, ayaqyolunu bir-birlərinin üzərinə etməyə məcbur edir. Bununla islah olunmayan məhbusları karserdə qandalla asır və ya çarmıxa çəkir (həbsxana metoduyla)”. 
 
Çingiz Yunisov 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında səsləndirilmiş iddiaların əsassız olduğunu bildirib: "Cəfəngiyatdır. Elə şeylər olmayıb və ola da bilməz. Beynəlxalq qurumların, Ədliyyə Nazirliyinin nümayəndələri, Ombudsman hər zaman məhbuslarla görüşür, onların vəziyyəti ilə maraqlanır. Daimi olaraq məhbusların saxlanılma şəraiti, beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması ilə bağlı məlumat alınır və araşdırmalar aparılır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam