Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıtın baş gömrükçüsü "silisə çəkilir"... -Səfər Mehdiyevin "sifarişi" ilə...

Sumqayıtın baş gömrükçüsü "silisə çəkilir"...
 Bir neçə gün əvvəl araşdırmaçı jurnalist Cavanşır Həsənli Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Avropadakı böyük biznesini və əmlaklarını tapıb ortaya çıxardı. Həm də sənədli-sübutlu.
Yenixeber.org: Bildiririk ki, açıqlanan faktlar Azərbaycan gömrüyündə baş verən BÜDCƏ və VƏTƏNDAŞ TALANININ bariz sübutu kimi qəbul edilməli idi. Və belə aydın olur ki, edilib də..

Bununla bağlı əldə etdiyimiz informasiyalardan aydın olur ki, artıq sözügedən fakt diqqətə alınıb və Sumqayıt Gömrük İdarəsinin işinin dövlətin müvafiq qurumları tərəfindən araşdırılması qərarı verilib.

Sumqayıtın baş gömrükçüsü "silisə çəkilir"...

Məlumatlı mənbənin söylədikləri: "Həm Hesablama Palatası və həm də Maliyyə Nazirliyinin ekspertlərinin araşdırmaya başlaması gözlənilir. Maraqlıdır ki, bu məsələdə DGK rəhbərliyini yaxasını kənara çəkməklə yanaşı, həm də yoxlamaların SİFARİŞÇİSİ kimi təqdim olunmağa çalışır".

Mənbə bildirir ki, Səfər Mehdiyevin Vəzir Həsənovu bu prosesdə tək buraxması gözlənilən idi: "Çünki Səər Mehdiyev bu vaxta qədərki fəaliyyətində eyni dəst-xətti hər zaman nümayiş etdirib. O, daha iri fiqurları zərbə altında qoyub. Ona görə də Vəzir Həsənov DGK sədri üçün olduqca əhəmiyyətsiz birisidir".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam