Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bulvara “güllələnmiş heykəllər” qoyula bilər... -Nazirlik

Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərindən ibarət memorial kompleksin yaradılması Mədəniyyət Nazirliyinin qərarından asılı deyil.

Yenixeber.org: Məlumata görə, bunu millət vəkili Fazil Mustafanın Dənizkənarı bulvarda “Sürgün olunmuş abidələr” adlı memorial kompleks yaradılması barədə təklifinə münasibət bildirən nazirliyin mətbuat katibi İntiqam Hümbətov deyib. 

O bildirib ki, belə bir kompleksin yaradılması üçün Nazirlər Kabineti qərar verməlidir:

“Millət vəkili Fazil Mustafanın təklifi müzakirə olunarsa, dəstəklənərsə və belə bir ümumi qərar olarsa, kompleks yaradıla bilər”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Dənizkənarı bulvarda “Sürgün olunmuş abidələr” adlı memorial kompleks yaradılmasını təklif edib. O bildirib ki, İncəsənət Muzeyinin həyətində saxlanılan Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəlləri erməni barbarlığını sübut etmək üçün bu kompleksdə nümayiş etdirilməlidir.(Kult.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam