Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Oxuduqlarım məni dəhşətə gətirdi” – Vahid Əhmədovdan deputat və məmurların xarıcdəki biznesinə reaksiya

 “Mətbuat bizim üçün dördüncü hakimiyyətdir və biz orada yazılanları həmişə nəzərə almalıyıq”.

 Yenixeber.org: Bu fikirləri Yenicag.az-a açıqlamasında sosial şəbəkədə qanunvericiliyin tələbləri əsasında sahibkarlıq fəaliyyətinə qadağa qoyulmuş çox sayda məmur və millət vəkilinin xarici ölkələrdə geniş biznes şəbəkəsi qurduqlarını əks etdirən sənədlərin yayılmasına münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili qeyd olunan materiallar barəsində məlumatlı olduğunu və həmin məlumatlardan dəhşətə gəldiyini deyib:

“Düzdü, mən o məlumatların nə dərəcədə doğru və ya səhv olduğunu deyə bilmərəm. Bu məsələlər ciddi araşdırma tələb edir və araşdırılmalıdır. Açığı, oxuduqlarım məni dəhşətə gətirdi. Çünki çox ciddi rəqəmlər və maliyyə yatırımlarından söhbət gedir. Yenə deyirəm, o materiallar araşdırılmalıdır”.

Qeyd edək ki, hazırda mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Azərbaycandan olan bir sıra məmur və deputatların (Son  gündə Qubanın icra başçısı ilə deputat Xanlar Fətiyevin xaricdəki biznesinin siyahısı verilib-red)  xarici ölkələrdə həyata keçirdikləri biznes fəaliyyətinə dair çox sayda material yayımlayıb.

Jurnalistin bununla bağlı konkret sənədlər açıqlamasına baxmayaraq, onun araşdırmalarında adları keçən məmur və deputatların qanunsuz biznes fəaliyyətinin müvafiq dövlət orqanları tərəfindən yoxlanılması haqda məlumatlar yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam