Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Azərsu” ASC məhkəmə qərarlarını saymır -GÖYÇAY SAKİNİNİN TORPAĞINI ZƏBT EDİB, ANCAQ...

 

 

Göyçay şəhər, Natəvan küçəsi, ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən yenixeber.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli Mehriban xanım!
Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Göyçay rayon Potu kənd ərazisində 26 dekabr 2008-ci il tarixli reyestr nömrəsi 408013001938 olan 1,92 hektar torpaq sahəsi və 26 dekabr 2008-ci il tarixli reyestr nömrəsi 408013001939 olan 0,05 hektar həyətyanı torpaq sahəsi mənim mülkiyyətimdədir. 2010-cu ildən "Azərsu" ASC-i əvvəlcə 0,05 hektar həyətyanı torpaq sahəsini və sonra 1,92 hektar torpaq sahəsinin 0,14 hektarını qanunsuz olaraq zəbt edərək tikililər tikmişdir.
Mən mülki qaydada hər iki torpaq sahəsinin boşaldılması və "Azərsu" ASC-nin tikililərinin sökülməsi iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etdim. Göyçay rayon rayon Məhkəməsi mənim iddiamı təmin edərək tikilən qanunsuz tikililərin sökülərək, hər iki torpaq sahəsinin boşaldılması haqqında qərar çıxardı. Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Mulki Kollegiyasıda Göyçay rayon Məhkəməsinin qərarını doğru olduğunu təsdiq edərək, qüvvədə saxladılar.
Məhkəmə qərarı icra olunması üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərildi. Əvvəlcə İcra və Probasiya şöbəsi torpaq sahəsinin boşaldılması üçün “Azərsu"ASC-yə on gün vaxt verdi. On gündən sonra Səhmdar Cəmiyyətin rəhbərliyi mənimlə danışıq apararaq zəbt etdikləri torpaq sahəsini bazar qiyməti ilə alacaqlarına söz verdilər. Lakin bir müddətdən sonra mənə rəsmi olaraq məktub göndərdilər ki, bu torpaq sahəsinin 2450 manat qiyməti var, razıyamsa bu pulu ödəsinlər. Səhmdar Cəmiyyətin rəhbərliyi bilirdi ki, mən bu qiymətlə razılaşmayacağam. Ona görə ki, qoyulan 2450 manat qiymət 16 sot torpaq sahəsinin bir sotunun qiymətindən ucuz idi. "Azərsu"ASC-yə də lazım idi ki, bu qiymətdən imtina edəm. Onların fikirləşdikləri kimi, mən bu qiymətlə razılaşmayaraq imtina edim.
İkinci dəfə Səhmdar Cəmiyyəti mənə məxsus bu torpaq sahəsinin (dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalan hissəsinin məcburi qaydada kompensasiya ödənilməklə) alınmasına dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etdi. Göyçay rayon Məhkəməsi bu iddianı əsassız sayaraq təmin etmədi. Səhmdar Cəmiyyəti Göyçay rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət verdi. Bu məhkəmədə mənim xeyrimə qərar verərək "Azərsu" ASC -nin iddiasını əsassız sayaraq rədd etdi.
Hal-hazırda işimiz baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən icraata götürülüb və 2 aprel 2019-cu il tarixdə məhkəmə iclası keçiriləcək.
Hörmətli Mehriban xanım!
Azərbaycan demokratik ölkədir və demokratik qanunlarla idarə olunur. Bu demokratik qanunlarda göstərilib ki, mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən qorunur. Xususi mülkiyyəti, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti arasında fərq qoyulmur. Hər üç mülkiyyət hüququ bərabərhüquqludur. Butun bunlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin prinsiplərindədə göstərilib. Amma "Azərsu" ASC-nin rəhbərliyi öz mənafeləri naminə mənim mülkiyyət hüquqlarımı pozurlar. On ilə yaxındır dövlətin adından istifadə edərək, mənim xususi mülkiyyətimdə olan torpaq sahəsini zəbt ediblər. Bu hərəkətləri ilə Azərbaycan Respublıikasının Konstitutsiyasının, Mülki Məcəlləsinin və Torpaq qanunvericiliyinin maddələrini pozurlar. Bu qanunsuzluqlarını etmək üçün Azərbaycan Respublikasının məhkəmələrindən istifadə etməyə cəhd ediblər. Bu günə kimi onların bu cəhdi baş tutmayıb. Bütün məhkəmələr mənim xeyrimə qərar verib. Ona görə mənim xeyrimə verilib ki, haqlı tərəf olmuşam. Hüquqlarım pozulub müraciət etmişəm, məhkəmələr də mənim hüquqlarımı bərpa ediblər.
Hörmətli Mehriban xanım!
Məntiqlə bu işin mahiyyəti eynidir. Sadəcə olaraq "Azərsu" ASC cümlədə söz dəyişikliyi edərək, ikinci dəfə bu işlə bağlı məhkəməyə müraciət ediblər. Birinci məhkəmə proseslərində ziyan çəkən tərəf mən olmuşam. "Azərsu"ASC qanunsuz olaraq mənim xususi mülkiyyətimdə olan torpaq sahəsini zəbt edərək tikililər tikib. İkinci məhkəmə prosesində Səhmdar Cəmiyyəti etdikləri qanunsuzluğa don geyindirmək üçün dəridən-qabıqdan çıxaraq, pullarını da sərf etməyə hazırdırlar. Bunu deməyə mənim əlimdə əsas var. Çünki "Azərsu"ASC-nin vəzifəli şəxsləri mənə ismarıc göndəriblər ki, Azərbaycanda qanun yoxdur və onlar öz işlərini görüblər. "Azərsu"ASC-nin sədri Qorxmaz Hüseynov balaca adam deyil, o boyda cəmiyyətin sədridir. O şəxsən Ali Məhkəmənin sədri Ramiz Rzayevlə və Ali Məhkəmənin hakimi Akif İsgəndərovla danışıb. Bu günə kimi məhkəmələri udsamda lazım gəlsə, pul verməklə də olsa sonuncu məhkəmədə qərar onların xeyrinə veriləcək.
Amma mən ümüdümü üzməmişəm. Ona görə ki, Azərbaycan Məhkəmələrinə və şəxsən Ali Məhkəmənin sədri Ramiz Rzayevə inanıram. İnanıram ki, hakim Akif İsgəndərov bu işə obyektiv baxaraq, Səhmdar Cəmiyyətindən mənə göndərilmiş ismarıcda deyildiyi kimi tapşırıqla yox ədalətli qərar verəcək”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam