Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Yollara xüsusi maddə çəkilir

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yol təsərrüfatında daha bir yeniliyə imza atılıb.
"Xeberinfo.com":   “Azəryolservis” ASC-yə istinadən xəbərə görə, asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Sözügedən işlərə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində doğru start verilib.
İlkin mərhələdə 800 min kvadrat metr sahənin, təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, asfalt örtüyündə müxtəlif səbəblərdən əmələ gələn xırda çatlar avtomobil yollarının ömrünü qısaldır və bir müddətdən sonra dağılmasına səbəb olur. Dünyanın bir sıra dövlətlərində bitumla emal olmuş örtüklərin vaxtından əvvəl qocalaraq (oksidləşərək) çatlamasının qarşısını almaq yolları araşdırılır. Bu sahədə ABŞ-ın “Polycon” firması tərəfindən “E-Krete” adlanan maddə istehsal edilib. Maddənin tərkibi şirkət tərəfindən gizli saxlanılır. Təqribi olaraq maddənin tərkibində sement, qum, kiçik ölçüdə qırmadaş və xüsusi maddə var.
Üzərinə “E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. Asfalt beton örtüyündə oksidləşmədən əmələ gələn çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır. Yenə də istehsalçının sözlərinə görə, şaxtaya və istiyə davamlıdır.
“E-krete”-ə müxtəlif rəngləyici maddə qatılaraq praktiki olaraq hər rəngdə əldə oluna bilər. Bu səbəbdən də onunla hərəkət zolaqlarına təyinatı üzrə müxtəlif rənglər vermək, səthin üzərinə istənilən işarələr qeyd etmək və hətta yol işarələmə işlərini yerinə yetirmək olar.
Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair dövlətlərdə istifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam