Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ziya Məmmədovun qoçuları yenidən fəallaşdı

 


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə biznes imperiyasının şəbəkəsi olan “Royal Estate” şirkəti keçmiş əyyamdakı nüfuzunu artırmaq üçün bu dəfə feodalcasına qəddarlıq nümayiş etdirərək, önə çıxmağa çalışır.

Yenixeber.org: Bu haqda xəbəri Hurriyyet.org yayıb. Xəbərdə bildirilir ki, Bakının mərkəzində, “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”ndə orta əsrlərdəki quldarlıq rejimi prinsipləri əsasında fəaliyyətlərini gücləndirmək üçün səfərbər olunub. Burada hər qarışda pul qoparmaq adı ilə icarədarlara qarşı şirkət tərəfindən tətbiq olunan xüsusi qəddarlıq bunun təzahürüdür. Ziya Məmmədovun qohumları və vaxtilə Nəqliyyat Nazirliyində işləmiş “nəqliyyat nəzarətçiləri” (yəni qoçular) indi “Royal Estate” şirkətinin statusu ilə icarədarlara qarşı amansızcasına qəddarlıq edirlər.

Ziya Məmmədov vaxtilə nəqliyyat naziri vəzifəsinə təyin olunan zaman vağzal oğrularını və dəmiryolu stansiyalarında çapqınçılıq edənlərə “nəqliyyatda nəzarətçilər” statusu verərək, qoçuluğu rəsmiləşdirmişdi. Onlardan biri də yaxın qohumu Anar Novruzov idi. Z. Məmmədovun oğlu Ana Məmmədov A. Novruzovun “sədaqəti”ni dəyərləndirərək, onu “Royal İstate”nin rəhbəri təyin etmişdi. 

Ölkə KİV-lərində “Cəfər Cabbarlı Meydanı”ndakı yeraltı keçidin “Ticarət Mərkəzi”ndə yaşanılan rəzalətlə bağlı dəfələrlə yazılar getsə də, sanki heç nə dəyişməyib. Çünki Anar Novruzov və onun rəhbərlik etdiyi “çete” öz davranışlarını davam etdirirlər.

Sayt yazır ki, “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”nin nasosxanası faktiki olaraq işləmir. Anar Novruzov oranı ləğv edərək mağazaya çevirib. Beləliklə sahəsi 3 min kvadrat metr olan yeraltı keçid istənilən anda ekoloji bəla məkanına çevrilə bilər. Halbuki, yeraltı qrunt sularının və yağmurların sayəsində yeraltı keçid fəlakət zonasına çevrilmək təhlükəsi ilə üz-üzə qalarsa, ən çox zərər 82 mağaza sahibinə dəyəcək. Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Sanitariya və Epidemologiya Mərkəzi və müvafiq dövlət orqanlarının gözləri hara baxır? Nə üçün buradakı anormal vəziyyətə nəzarət etmirlər? Axı yeraltı keçidlər insan həyatı üçün təhlükəli vəziyyətlər yarananda həm də sığınacaq məkanı sayılır. 

Anar Novruzovun rəhbərliyi ilə “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ndə çalışanlar onun qoçuları tərəfindən hətta döyülürlər. Bu yaxınlarda mağaza işlədən Mahmud adlı birisi hamının gözü önündə Anar Novruzovun qumar oynamasına qarşı çıxdığı üçün onun qoçuları tərəfindən döyülüb. Mağaza sahibləri A. Novruzovun təhdidlərinə görə “susmaq” zorunda qalıblar. Çünki istənilən an icarə müqaviləsini ləğv edə bilər. Ərazidə ictimai asayişə cavabdeh olan nəqliyyat polisinin əməkdaşlarının da A. Novruzov və qoçu dəstəsinin əməllərindən xəbəri var. 

Bununla yanaşı, Nəqliyyat Nazirliyinin keçmiş qoçularından Novruz, Cabbar və digərləri A. Novruzovun xüsusi olaraq himayəsindədirlər. A. Novruzovun əmri ilə döyülən icarədar Mahmuddan intiqam almaq üçün hətta onun mağazasının işıqlarını söndürüb.

Sayt bildirir ki, Anar Novruzov mağaza sahiblərini və icarədarları qorxutmaq üçün bildirir ki, onun aldığı pulların hamısı “Paşa Holding”in cibinə gedir. Guya “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”nin yeni sahibi “Paşa Holding” şirkətidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam