Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyevin 15 ildir icra olunmayan tapşırığı -Sensasiya

 

 


“Düz 15 il bundan əvvəl – 26 mart 2004-cü ildə dövlət başçısı Fərmanında İqtisadiyyat Nazirliyinə və Mərkəzi Banka tapşırmışdı ki, “iki ay müddətində başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bank fəaliyyətində şəffaflığın təmin edilməsi və bütünlükdə bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması üçün Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər”. 

Yenixeber.org: Bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O, bildirib ki, bu tapşırıq icrasız qalıb. “Yəni belə çıxdı ki, dövlət başçısının tapşırığında sadalanan xüsusiyyətlər - “dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması”, “bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması”, “bank fəaliyyətində şəffaflığın təmin edilməsi” və “bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması” - hələ də yoxdur”.

Ə. Həsənov bildirib ki, üstündən düz 10 il ötdükdən sonra prezident 31 oktyabr 2014-cü il tarixli Sərəncamında Nazirlər Kabinetinə bir daha tapşırdı ki, “sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq, Bank Məcəlləsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. 

Ə. Həsənovun sözlərinə görə, bu tapşırıqdan da 5 il ötüb, amma yenə də bu Məcəllədən xəbər yoxdur: “3 ildir ki, bank sistemimiz Mərkəzi Bankla yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən də idarə olunur. Deməli, Nazirlət Kabinetinə bu işdə məhz bu iki qurum yardım etməlidir. Niyə etməyiblər? Hanı layihə? Başa düşmürlər ki, bununla nəinki bank sisteminə, bütövlükdə dövlətə etimadı sarsıdır və hətta dövlət başçısına hörmətsizlik edirlər? 

Misli görünməyən bir şeydir: Prezident 2 dəfə göstəriş versin və 15 il ərzində onu icra etməsinlər! Bank sisteminin əsas qanunu (məcəlləsi) belə indiyədək hazırlanıb qəbul edilməyibsə, Mərkəzi Bank və Palata nə ilə məşğuldur? Hansı islahatlardan danışır, hansı proqramlardan dəm vururlar?”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam