Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sevindik Hətəmova etiraz:“Cənab prezident, Sevindik müəllim gələndə…”

 

         
Sahibkar üsyan etdi: “Cənab prezident, Sevindik müəllim gələndə…”
Şirvanlı ictimai xadim, 61 yaşlı əlil sahibkar Qurbanxan Dəmirov Şirvan-Salyan avtomobil yolunun Qarabağlı kənd ərazisindən keçən hissəsinin bərbad olmasıyla bağlı prezident İlham Əliyevə müraciət edib.
Yenixeber.org: Sahibkar videomüraciəti “Facebook”da “Bizim Salyan” səhifəsi vasitəsi ilə yayıb.

Q.Dəmirov müraciətində bildirib ki, Salyan-Şirvan yolu bərbad gündəndir. Xüsusilə, Qarabağlı kəndi ərazisindən keçən hissədə yol adına nədənsə danışmaq olmur: “61 yaşım var, qatı Heydərçiyəm. Regionda bütün əsas idarələr Salyandadır. Demək olar ki, hər gün Şirvandan Salyana gedirik. Bu yolda heç vaxt təmir işləri aparılmayıb. Təmirə başladılar sevindik. İndi bir-iki ay işləyib yoxa çıxırlar. Nə sirrdirsə bu yolun təmiri yekunlaşmır. Yola ayrılan pulları kim yeyir bilinmir. Qarabağlı kəndi Azərbaycanın ən böyük kəndlərindəndir. 20 min əhalisi, 4 məktəbi var. Uşaqlar məktəbə gedib-gələ bilmir. Qarabağlıdan Salyan rayon mərkəzinə cəmi 30 kilometrdir. Normalda 15 dəqiqəlik yoldur amma, biz bu yolu 1 saatdan da çox bir vaxtda gedirik. Yolla paralel su kanalını qazıb palçığını yola töküblər. Kim edir bunları? Niyə nəzarət etmirlər?”.

Sahibkar deyir ki, Sevindik Hətəmov rayona icra başçısı olanda seviniblər: “Cənab prezident, Sevindik müəllim gələndə sevindik ki, yəqin o, Tahir müəllimdən (keçmi icra başçısı Tahir Kərimovu nəzərdə tutur- red) qalan problemləri həll edəcək. Mən inanıram ki, cənab prezidentin özü olmasa da yanında çalışanlar bu videonu izləyib ona məlumat verəcəklər. Prezident də Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədova göstərişi verəcək. Bu yolun çəklişinə görə qurban demişəm, nəzir paylayacam”.
Yenixeber.org olaraq qarşıtərəfi dinləməyə hazırıq!

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam