Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bələdiyyə sədrində bu qədər sərvət hardandır?

 

    Zahir Abbasov səhərdən axşama kimi yeyib-içir, kef çəkir, əhalinin problemlərilə maraqlanmır

 Xeberinfo.com:  Bu gün istər paytaxt Bakıda, istərsə də ölkənin digər şəhər və rayonlarındakı bələdiyyələrin bir çoxunun fəaliyyətindəki nöqsanlar həmin bələdiyyə rəhbərlərinin həm təcrübəsizliyi, həm işə məsuliyyətsiz yanaşmaları, həm də qanunları mükəmməl bilməmələri səbəbindən baş verir. Bu sahədə nöqsanların, problemlərin yaranmasının digər səbəbi də bələdiyyə üzlərinin öz məsuliyyətlərini dərindən dərk etməyərək bələdiyyələrin işində fəallıq göstərməmələri, bələdiyyələrin işinin qanunvericiliyə uyğun olaraq təşkil olunmasında öz təklif və mülahizələrini verməmələridir. Bu tip yerli özünüidarəetmə orqanlarına misal olaraq Salyan rayonu Qarabağlı kənd bələdiyyəsini göstərən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, son zamanlar bələdiyyə sədri Zahir Abbas oğlu Abbasov barəsində bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Mənbə iddia edir ki, Zahir Abbasov bələdiyyə sədri olaraq təmsil olunduğu posta sırf şəxsi mənafeləri baxımından yanaşdığından üzərinə düşən öhdəlikləri yerinə yetirməyə maraq göstərmir: «Əgər aidiyyəti qurumlar məsələ ilə bağlı müvafiq araşdırma aparsalar, o zaman məlum olacaq ki, Salyan rayonu Qarabağlı kənd bələdiyyəsinin büdcəsinə yığılan vəsaitlər təyinatı üzrə xərclənmir. Belə ki, həmin vəsaitlər müxtəlif yollarla təyinatdankənar xərclərə sərf olunur. Məhz elə buna görə də bir sıra önəmli təmir bərpa işlərinin, abadlaşdırmanın aparılması lazım olduqda bələdiyyə yetkililəri «büdcədə yetərli vəsait yoxdur» deyib əhalini başından edirlər». Bu kimi halların mövcudluğu səbəbindən Salyan rayonu Qarabağlı kənd sakinlərinin böyük əksəriyyətinin bələdiyyənin işindən narazı olduqlarını vurğulayan mənbənin bildirdiyinə görə, bələdiyyə sədri Zahir Abbasov torpaq sahələrini qohumlarının adına özəlləşdirib və onları ayrı-ayrı şəxslərə satır: «Deyilənlərə görə, Salyan rayonu Qarabağlı kənd bələdiyyəsinin sədri Zahir Abbasovun toxunulmazlığının əsas səbəblərindən biri də onun yuxarı dairələrdə bir sıra şəxslər tərəfindən ciddi müdafiə olunmasıdır. Belə ki, Zahir Abbasov müxtəlif vəzifələrdə çalışan dost-tanışları, yaxın adamları və qohumları sayəsində, eləcə də bir sıra nüfuzlu şəxslərin adından istifadə etməklə gəlirlərini artırmaqla, büdcə vəsaitlərini təyinatdankənar xərclərə yönəltməklə məşğuldur. Bildirilir ki, nəinki Salyan rayonunun, hətta ölkənin ən böyük kəndlərindən biri olan Qarabağlı kənd bələdiyyəsinin sədri Zahir Abbasovun rayonda qaz «zapravkası», mağazaları, balıq vətəqələri, əkin sahələri, ən son model bahalı avtomobili var. Deyilənlərə görə, bu adam kənddə at oynadır. Qeyd edim ki, bu yaxınlarda kəndə 200-250 maşın qrabel ayrılmışdı. Lakin Salyan rayonu Qarabağlı kənd bələdiyyəsinin sədri Zahir Abbasov cəmi 50 maşın qrabeldən istifadə etsə də, qalanını isə özününküləşdirib. Hələ bu, harasıdır. Deyilənlərə görə, bələdiyyə sədri səhərdən axşama kimi yeyib-içir, kef çəkir, əhalinin problemlərilə maraqlanmır». Bu arada, Salyan rayonu Qarabağlı kənd bələdiyyəsinin sədri Zahir Abbasovun hazırda Şirvan şəhərində yaşadığını deyən məlumatlı şəxsin sözlərinə görə, onun adıçəkilən şəhərdə evi, villası mövcuddur: «Deyilənlərə görə, Salyan rayonu Qarabağlı kənd sakinləri evlərinin və digər mülklərinin, həyətyanı sahələrinin sənədləşməsi, eləcə də ata-babalarından onlara qalmış evlərin, həmçinin bu vaxtadək heç bir sənədi olmayan, yəni mülkiyyət hüququ rəsmiləşdirilməyən torpaq və yaşayış sahələrinin huquqi sənədlərinin qaydasına salınması zamanı ciddi əngəllərlə üzləşirlər. Yəni məhz bu kimi proseslər zamanı kənd sakinləri müxtəlif neqativ hallarının qurbanına çevrilirlər. Bundan başqa, Salyan rayonu Qarabağlı kənd bələdiyyəsi fiziki şəxslərdən torpaq və əmlak vergisi, fiziki və hüquqi şəxslərdən icarə haqqı yığmaqla məşğuldur. Və bu zaman Zahir Abbasovun sədri olduğu qurumda ciddi mənimsəmə hallarına rəvac verilir. Ümumiyyətlə, Salyan rayonu Qarabağlı kənd bələdiyyəsi yerli özünüidarəetmə orqanlarından daha çox torpaq alveri ilə məşğul olan quruma bənzəyir. Yəqin elə bu səbəbdəndir ki, Zahir Abbasov özünü bələdiyyə sədri kimi yox, Qarabağlı kəndinin ağası kimi aparır. Deyilənlərə görə, bələdiyyə sədri bu yaxınlarda özünə ən son model bahalı «Cip» alıb. Maaraqlıdır, görəsən Zahir Abbasovda bu qədər var-dövlət hardandır? Yəqin ki, aidiyyəti qurumlar Salyan rayonu Qarabağlı kənd bələdiyyəsinin fəaliyyətinə dair araşdırma aparsalar, o zaman bir çox məqamlara aydınlıq gətirilə bilər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam