Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Emin Məmmədovun bərbad idarəçiliyi:STP-də baş verən qanunsuzluqlar ifşa edildi (VİDEO)

Yenixeber.org: İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab oluna bilər. Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verildi. Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verirlər.

 2 il əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub. Lakin bu təyinat heç də uğurlu olmadı. Əksinə STP-dəki bərbad idarəetmə indiyə kimi davam etməkdədir.

Qeyd edək ki, STP ilə yanaşı “Expressbank”a da rəhbərlik edən Emin Məmmədovdan çox saylı şikayətlər var. Şikayətlərdə birmənalı olaraq bildirilir ki, Emin Məmmədov STP-yə baş direktor vəzifəsinə təyin olunandan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Təbii ki, bu prosesdən STP rəhbərliyi merkantil maraqları üçün yararlanır.

Ötən ilin sentyabr-oktyabr aylarından başlayaq STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən çıxarılıb. Bu barədə işdən çıxarılmış işçilər AzToday.az-a məlumat verib.

Onların sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyi heç bir əsaslı səbəb olmadan təcrübəli işçilərlə vidalaşır, əvəzində isə STP-də məsul vəzifədə çalışanların yaxın adamları işə qəbul edilir. Bu barədə əvvəlki yazılarımızda geniş məlumat vermişdik.

Bu günlərdə isə “STP-nin daha 5 təcrübəli əməkdaşı- Səfərov Anar, Ələsgərov Ələsgər, Süleymanov Elçin, Əliyev Vüqar və Talıbov Rafiq – işdən çıxarılıb.  Belə ki, Avtoparkın müdiri işdən çıxarılandan sonra burda çalışan 5 nəfərin hamısı ilə bağlanmış müqavilələrə birtərəfli şəkildə xitam verilib. Və işçilərə heç bir kompensasiya verilməyib.

İşdən çıxarılmış işçilərin dediyinə görə, bütün bu qanunsuzluqlar STP-nin baş direktoru Emin Məmmədovdan qaynaqlanır:

“Emin Məmmədov STP-də faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır.

Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir.. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər”.

STP-də rəhbərliklə işçilər arasında münasibətlərin necə qurulduğunu göstərən səsyazılarından da hər şey aydın olur. Redaksiyamıza təqdim olunmuş səsyazısında STP-nin Kadrlar Şöbəsinin rəhbəri Leyla Babayevanın işçilərə necə hədə-qorxu gəldiyi əksini tapıb:

Redaksiyamıza daxil olmuş məlumatlarda STP rəhbərliyinin yol verdiyi maxinasiyalar və oğurluq faktları əksini tapıb. Növbəti yazılarımızda bu barədə geniş məlumat verməyə çalışacağıq…(aztoday.az)

İdrak Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam