Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - sensasion iddialar

 

Sabiq nazir hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda qadağalar tətbiq edib, Alışanovu işdən çıxarıldığı günədək öz adamları vasitəsilə nəzarətində saxlayıb

Yenixeber.org: 2015-ci ilin oktyabrında MTN çetesinin ifşasından sonra məlum oldu ki, sabiq nazir Eldar Mahmudov bir sıra nazirlikləri öz nəzarəti altına alıbmış, orada özünün adamlarını yerləşdirərək öz aləmində “dərin dövlət” qurubmuş. Tezliklə bu ifşa bir sıra dövlət məmurunun işdən çıxarılması və həbsi ilə nəticələndi. Amma bu çetenin tam ifşa olunmadığı barədə iddialar hələ də var.

O zaman Eldar Mahmudovun ən yaxın adamları sırasında bu günlərdə işdən çıxarılan AzTV sədri Arif Alışanovun da adı vardı. Məsələn, iddia olunurdu ki, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub. Məlumata görə, Arif Alışanovun Eldar Mahmudovun “tələsinə” düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub.

 

Orxan ÆkbÉrov ile ilgili görsel sonucu

Orxan Əkbərov

Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini “aylığa” otuzdurub. Üstəlik, ona müəyyən adamlar - o cümlədən hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda göstərişlər verib, onların ekranda görünməsi və təbliğini sifariş edib. Eləcə də bəziləri ilə bağlı da qadağalar tətbiq edib. Amma media bu məsələnin üzərinə də çox gedə bilmədi.

A.Alışanov isə keçmiş milli təhlükəsizlik naziri ilə əlaqələrinin olmadığını “sübut etmək” üçün hətta onun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişləri dövlət televiziyasının arxivindən silib. Bu barədə yazan yerli medianın xəbərində deyilirdi ki,  AzTV-nin sədri bu addımı “MTN işi”ndən narahat olduğuna görə atıb.

Ä°lgili resim

Amma müəyyən səbəblərdən azadlıqda qalan E.Mahmudov Alışanovu yenə nəzarətsiz buraxmayıb. A.Alışanovun yanına hələ nazir olduğu vaxt bir neçə adamını yerləşdirib ki, onların hazırda “təmizlənməsi” prosesi başlanıb.  Onlardan biri də Alışanovun “sağ əli”nə çevrilən Nadir Axundov olub. Eldar Mahmudovun bacanağı olan N.Axundovun  qohumu nazir olduğu dönəmdə  AzTV rəhbərliyinin qapısını az qala təpiklə açdığı deyilir.    

arif alıÅanov ile ilgili görsel sonucu

Yanvarın 24-də “Mədəniyyət” kanalının müdir müavini Nadir Axundovun işdən çıxarılması barədə xəbər yayılıb (qafqazinfo). Amma  sonra bu xəbər təsdiqlənməyib. Virtualaz.org isə yazır ki, N.Axundov hələ AzTV-də işlədiyi müddətdə bir sıra qalmaqallar və rüşvət ittihamları ilə gündəmə gəlib.

Ä°lgili resim

İxtisasca fleyta ifaçısı olan N.Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohumluq əlaqələrindən istifadə edərək televiziyanı istədiyi kimi idarə edib. Əvvəl AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri olub, amma rüşvət alması ittihamlarından sonra “mədəniyyət” kanalına sədr müavini təyin olunub. Lakin burada da Muğam müsabiqəsi zamanı iştirakçılardan rüşvət alması, münsiflər heyətinin üzvlərini idarə etməsi kimi iddialar səsləndirilib.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam