Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovla bağlı İDDİA... -Belə deyirlər...

Eldar Mahmudovla bağlı İDDİA...
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov son günlər Nardaranda yerləşən bağ evində bir-birinin ardınca ziyafətlər təşkil etməkdədir.

Yenixeber.org: Bu haqda redaksiyamıza  məlumat verən etibarlı mənbə deyir ki, sabiq nazir ötən ilin sonundan – dekabrın 29-dan etibarən öz evində çoxsaylı qonaqlar qəbul etməkdədir. Bu qonaqlar arasında adları bizə bəlli olan tanınmış şəxslərlə yanaşı, görkəmindən əcnəbilərə bənzəyən insanların da olduğu bildirilir.

Ən maraqlısı isə odur ki, E.Mahmudovun Yeni ilin gəlişi münasibətilə təşkil etdiyi ziyafətlər hələ də davam edir və onun bağ evinə hər gün çoxsaylı qonaqlar axın etməkdədir. Bir sözlə, sabiq nazir artıq 10 günə yaxındır ki, yeyib-içir və gününün bir hissəsini də saunada keçirir.

Yeri gəlmişkən, zaman-zaman mətbuatda Eldar Mahmudovun “ev həbsi” yaşadığı iddia olunsa da, sabiq nazirin son günlər başının ziyafətlərdən açılmaması vəziyyətinin heç də pis olmadığını ortaya qoyur. Hətta indi onun kefinin kök olduğunu da deyə bilərik. Axı, son günlər verdiyi ziyafətlər heç də dərdini kimlərləsə bölüşmək məqsədilə təşkil edilməyib.

Üstəlik, bu ziyafətlərin hələ daha neçə gün davam edəcəyi də bəlli deyil. Bəlkə də, cənab Mahmudov hansısa səbəbdən (Məsələn, həbsdən xilas ola bildiyi üçün - müəl.) 40 gün 40 gecə ziyafət verməyi əhd edib! Niyə də verməsin?! Ölkənin milli təhlükəsizliyinə cavabdeh olan qurumu pis günə qoymasına rəğmən (Məsələn, onun rəhbərliyi dönəmində bu qurumda çalışan və xarici dövlətlərə xidmət edən casuslar son vaxtlar bir-bir üzə çıxarılmaqdadır – müəl.), E.Mahmudov hələ də azadlıqda kef edir və gecə-gündüz yeyib-içməklə məşğuldur.

Halbuki, E.Mahmudovun yarıtmaz idarəçiliyi ucbatından MTN-nin bir sıra peşəkar əməkdaşları hazırda həbsdədirlər və sabiq nazirin qanunsuz əməllərinin cəzasını çəkirlər.

O da təccüblüdür ki, öz doğma oğlu Anar İngiltərədən Bakıya gələ bilmədiyi, yanvarın 21-də qudası Cahangir Hacıyev barəsində çıxarılacaq məhkəmə qərarı indidən bəlli olsa da, cənab Mahmudov öz kefindən qalmır... Nə deyək? Həmişə kefdə-damaqda!(müxalifat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam