Arif Alışanovun AzTV-dəki maxinasiya və dəhşətli dosyesi “alışır”
Azərbaycan Televiziya və Radio Verilişlərində (AzTV) Arif Alışanov erası bitdi. Hələlik onu telejurnalist Rövşən Məmmədov əvəzləyir. 

Yenixeber.org: A.Alışanovu sədrlik postundan gedişinə səbəblər sırasında adının məhkəmə işlərinə qarışması və AzTV-də maxinasiyaların olmasıdır. 


AzTV-də işləmiş Nailə Quliyeva feysbukda yazmışdı ki, Alışanovun oğru, rüşvətxor və sədrliyə yaramaz olması sirr deyil: “Amma çoxları bilmir ki, tutduğu vəzifəyə layiq olmayan bu adam sədrliyə hansı yollarla gəlib. 

İctimaiyyət bilmir ki, bu adam o vaxtkı sədr Nizami Xudiyevi "yıxmaq” üçün hansı oyunlardan çıxıb, ona qarşı hansı gizli kampaniyanı aparıb, musiqi kollektivlərini kütləvi etiraza qaldırmaq üçün hansı üsullara əl atıb, necə mitinqlər təşkil edib, bunun üçün kimlərə pul paylayıb, TV-nin baş redaktorlarını rəhbərliyə qarşı qaldırmaq üçün nələrə əl atıb?”

Arif Alışanovun qızları Nigar və Aynur, bacısı qızı Nilufərə aid Şamaxı rayonundaüst-üstə 69 hektar torpaq sahəsi vəəmlak komplekslərinin rəsmi sənədləri ortaya çıxmışdı. 

Alışanovun ailə üzvləri təkcə bu rayonda 4 milyon manatlıq yatırım edib. Alışanovun qızının sürücüsünü sona saxladıq, çünki onun əmlakları AzTV sədrinin qızlarınınkından da çoxdur. 

Quru maaşa baxan vətəndaşın imkanlarından bir xeyli dərəcədə kənara çıxır. Bu, hələ bizə məlum olanlardır. Əlimizdə sürücü Hacı Babayevin apardığı 50-yə yaxın alqı-satqıəməliyyatını təsdiqləyən müqavilə və daşınmaz əmlaka dair çıxarış var.

Şamaxı rayonunun Əhmədli kəndində 29197.67 kv/m. torpaq sahəsini Alışov Alşan Nəzir oğlu, Alışova Bənövşə Beydi qızı, Alşanova Amidə Alşan qızı, Alşanov Nazir Alşan oğlu, Alşanov Elman Alşan oğlundan 4200 manata satın alıb.Soyadlardan göründüyü kimi, ailə arasında olan bir sövdələşmədir. 

Satışı etibarnamə ilə Həsənov Ağacan Səməd oğlu həyata keçirib. Torpağın hektarı cəmi 1400 manat, 1 sotunun qiyməti 14-cə manatdan düşüb. 

Lap xırdaçılığa gedək, bu minvalla 1 kv/m.-i 14 qəpik edir. Babayev yenə həmin ilin oktyabrında rayonun Qızmeydan kəndində 5.786874 ha torpağı 4970 manata əldə edib. 

Bunun da hektarı 859, sotu 8.59, kv/m.-i 0.08 manatdan hesablanıb. Satıcılar – Nasur, Südabə, Qalib Həzrətquliyevlər və Cəbiyeva Sədaqət Nəsur qızı olub.

“AzTV-də müşahidə apardığım qanunsuzluqları, rüşvət piramidasını yazsam, gərək üç saat vaxt ayırıb oxuyasız. Ancaq biz Alışanovla mütləq hüququn aliliyi təmin olunan müstəqil məhkəmədə görüşəcəyik”. Bu haqda gənc rejissor Anar Fərəcbəyli sosial şəbəkədəki səhifəsində yazmışdı. 

AzTV-nin müxtəlif proqramlarında rejissor səlahiyyətlərini icra etdiyini, lakin əməyinə layiqincə qiymət verilmədiyini, hətta ştata belə götürülmədiyini, dəfələrlə hüquqlarının pozulduğunu vurğulayan gənc rejissor, bir müddət əvvəl də mətbuatda qurumun sədri A.Alışanovu maliyyə pozuntularında, diskriminasiyada və harınlamaqda ittiham edirdi.

“Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir”.

Bunu isə AzTV sədrinə sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərov deyib. O bildirib ki, A.Alışanovu 2007-ci ildən tanıyır: 

“Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı. 

2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. 

Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı”.(cahan.info)