Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tərtərin icra başçısı Prezident sərəncamına arxa çevirdi: 27 min manatlıq qalmaqal-VİDEO

  

 

1-ci qrup Qarabağ əlili: «Başçı Müstəqim Məmmədov 30 ha sahədə pambıq əkməyim üçün 27 min istədi, borc alıb gətirdim, lakin başqasına baha qiymətə satdı və…»

Yenixeber.org: Tərtər rayonunun Qaraağacı kənd İnzibati Ərazi dairəsinin Qaradağlı kəndində qeydiyyatda olan, 1-ci qrup Qarabağ müharibəsi əlili Hüseynov Cəfər Əli oğlu və Tərtərin N.Nərimanov küçəsi, ev-15, mənzil- 02 ünvanda qeydiyyatda olan Məmmədov Elçin Saleh oğlu və tərəflərindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, surəti Azərbaycan Respublikasının 1-ci vitse- prezidenti Mehriban xanım Əliyevaya, Baş prokuror Cənab Zakir Qaralova, Baş Nazir cənab Novruz Məmmədova, kənd təsərrüfatı naziri İnam Kərimova və surəti redaksiyamıza ünvanlı şikayət ərizəsi ilə müraciət etmişdir.
Şikayət ərizəsindəki xüsusatların ciddiliyini nəzərə alıb şikayətçilərlə telefon əlaqə saxladıq. Şikayətçilər yazdıqlarını bir daha təsdiqlədilər və redaksiyaya gəlmək istədiklərini bildirdilər: «Əlimizdə yazdıqlarımızı sübut edəcək video və audio yazılar, fotoşəkillər vardır, xahiş edirik, bizi qəbul edin, sizə təqdim edək, görün bizdən prezidentin tapşırıqlarına görə pambıq əkmək istəyimizi rüşvət hesabına necə pərdələyirlər…».
Beləcə, bu gün şikayətçilər Tərtərdən redaksiyamıza gəldilər. Onları canlı olaraq dinlədik, «Təzadlar»a geniş videmüsahibə verdilər (saytımızda təqdim edilir).
Aşağıda şikayət ərizəsini kiçik ixtisarla təqdim edirik:
Çox hörmətli Cənab Prezident!
Mən Qarabağ torpaqlarının müdafıəsində, qanlı döyüşlərdə düşmənimiz ermənilərə qarşı vuruşaraq sağlam canımdan keçərək bir qolumu itirdim, 1-ci qrup Qarabağ müharibəsi əliliyəm. Çox sağ olun ki, mənim Qarabağ döyüşlərində fəal və qəhrəman işlərimi yüksək qiymətləndirərək dövlət səviyyəli imtiyazlarla məni təmin etmisiniz.
Cənab Prezident! Mən ailə başçısıyam. Mənə verilən pensiya ailə üzvlərimi təmin etmir. Özüm də bir qolumla hərəkət edirəm. Bir qolum müharibədə məhv oldu. Ona görə yaxın qohumum olan, Məmmədov Elçin Saleh oğlu ilə birgə qərara gəldim ki, Tərtər rayon Şıxarx qəsəbəsində, hansı ki, həmin torpaq ərazisində gedən jöyüşdə ağır yaralandım, qolumu itirdim, olan boş qalmış əkin üçün yararlı 20-30 hektar torpaq sahəsi götürək, pambıqçılığın inkişafı üçün verilən sərəncamınız əsasında həm öz güzəranımızın yaxşı olması üçün, həm də pambıqçılığın inkişafı üçün pambıq əkək. Bu o torpaq sahəsidir ki, mən uğrunda qan tökərək birinci qrup Qarabağ əlili olmuşam, həyatımı qurban verməyə hazır olmuşam.
Cənab Prezedent! Fikrimizi yazılı ərizə vasitəsi ilə Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov cənablarına bildirdik. Başçı Müstəqim Məmmədov bizi qəbul etdi və dedi ki, şöbə müdiri Fizuli Əliyevə tapşırıq verərəm, o Sizi istədiyiniz torpaq sahəsi ilə təmin edər.
Başçı Müstəqim Məmmədov bu sözü bizə bildirəndən 2 gün sonra aparatın şöbə müdiri Fizuli Əliyev Məmmədov Elçin Saleh oğlunu icra hakimiyyətinə çağırdı və orada dedi ki, cənab başçı mənə tapşırıq verdi ki, 27000 (iyirmi yeddi min) manat pul al, Şıxarx qəsəbəsində olan boş torpaqdan 30 hektar torpaq sahəsini onlara icarəyə ver. Biz bilirdik ki, bu qanunsuzluqdur, amma nə edəydik. Fizuli Əliyev öz fikrini bizə bildirəndən sonra onun fıkri ilə məcburən razılaşıb kabinetdən çıxan vaxt Fizuli bizi çağıraraq dedi ki, cənab başçı Müstəqim Məmmədov mənə tapşırıq verdi ki, 3-5 günə onlardan aldığım 27000 manat pulu mənə gətir, odur ki, həmin pulu tez gətirin.
Cənab Prezident! Hər ikimiz gedib özümüzə məxsus mal-heyvanlarımızı tələsik ucuz qiymətə satdıq ki, həmin miqdarda olan pulu tez düzəldək. Mal-heyvanlarımızı satsaq da həmin miqdarda pulu düzəldə bilmədiyimiz üçün Mingəçevir şəhərinə gedib lombart kredit təşkilatından Məmmədov Elçinin adına kredit götürüb (sənəd təqdim olunur) 27000 manat pulu on günə düzəltdik. Sonra şöbə müdiri Fizuli Əliyevin yanına getdik və həmin dediyi miqdarda pulun düzəldiyini bildirdik. Şöbə müdiri Fizuli Əliyev bizə dedi ki, Siz pulu gec gətirdiyiniz üçün həmin torpağı cənab başçı Sizə deyilən miqdardan daha çox pul verən başqa bir şəxsə verdi. Artıq o adam yeri əkdirib, suvarma işi aparmaq istəyir.
Rayonun başçısı Müstəqim Məmmədov və şöbə müdiri Fizuli Əliyev tərəfindən bizi aldatdıqlarına, bizə böyük maddi və mənəvi zərər vurduqlarına görə noyabr, dekabr 2018-ci il tarixdən şəxsən Sizin adınıza, Mehriban xanımın adına və aidiyyəti olan rəhbərlərə şikayət teleqramları və ərizə vasitəsi ilə şikayət etmişik. Bundan sonra Prezident Aparatına qəbula getmişik. Qəbul otağında bizə bildirdilər ki, zona üzrə kurator Arif müəllimə öz şikayətinizi deyə bilərsiniz. Biz kuratot Arif müəllimin iş otağına nə qədər zəng etsək də bizə cavab vermədi və biz qəbul etmədi. Bizim Prezident Aparatına etdiyimiz şikayətlərimiz Sizə bildirilmədən Tərtər rayon İcra Hakimiyyətinə göndərilir. Rayonda da bizi aldadaraq şikayətlərimizi ört-basdır edirlər. Hətta həmin Füzuli Əliyev bizə yalandan cavab yazıb ki, guya həmin torpaq sahəsi cəbhə bölgəsində olduğundan istifadəsi mümkünsüzdür. Amma biz Sizə fotoşəkillər və videokadrlar təqdim edirik ki, həmin torpaq sahəsi şumlanıb, taxıl əkilib və suvarılır, becərilir.
Müstəqim Məmmədov Tərtər rayonuna başçı gələndən 5 il müddətində Tərtərin əmlakmdan tutmuş mülkünə qədər öz mənafeyi xatirinə talan edib. Bir əsrlik yaşı olan və Tərtər çayın üzərindəki körpünün qızıldan ucuz, gümüşdən baha qiymətli neçə tonlarla materialını sökdürüb özü üçün mənimsədi, nazik, keyfıyyətsiz material olan latundan raşotka qoydurdu. Tərtər rayonuna 80-90 il müddətində neçə nəfər başçı gəlibsə, həmin körpünün materiallarını bir abidə kimi qoruyub saxlamışdır. Müstəqim Məmmədov həmin abidəyə də tamah salaraq sökdürdü, özü üçün mənimsədi.
Cənab Prezident! Neft şirkətinin Tərtər balansında olan 49 hektar torpağı rayon ərazisində yerləşir. Başçı həmin ərazidə yerləşən neft buruqlarını gecələr texnika ilə məhv etdirib, yalnız və yalnız neft buruqlarının bünövrə olan betonları qalıb. Həmin torpaqları öz mənafeyi xatirinə ayrı-ayrı adamlara guya icarəyə verib istifadə etdirir. Müstəqim Məmmədova deyən yoxdur ki, bu torpaqların icarə haqqı hansı hesab əsasında dövlətin büdcəsinə daxil olur.
Cənab Prezident! Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 5 il müddətində etdiyi qanunsuz əməllərini yazmaqla qurtarası deyil. Ona görə bizim şikayət ərizəmizi ciddi nəzarətə alınıb araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.
Həmçinin ərizədə göstərdiyimiz faktlara görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Hesablama Palatasına, Maliyyə Nazirliyinə tapşırılsın ki, yoxlama aparılaraq günahkarlar cəzalandırılsın. Eləcə də bizim yaşadığımız Tərtər ərazisinin Şıxarx kəndində əkin sahəsi olan torpaqdan pambıq əkmək üçün torpaq verilməsinə köməklik etməyinizi xahiş edirik.
Hörmətlə:
Birinci qrup Qarabağ müharibəsi əlili: Hüseynov Cəfər Əli oğlu:
Fermer: Məmmədov Elçin Saleh oğlu
Şikayətdə deyilənlərə aydınlıq gətirilməsi üçün Tərtər rayon İH-nin şöbə müdiri, şikayətdə adı çəkilən Füzuli Əliyevlə əlaqə saxladıq.

İcra başçısı danışdı, amma…

Məsələ ilə əlaqədar Tərtər rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Əliyevlə əlaqə saxladıq. F.Əliyevin dedikləri:
-…Onların dedikləri yalandır, onlardan heç kəs pul istəməyib və istəyə də bilməz. İcra hakimiyyətinin başçısı indi məzuniyyətdədir, özü də xaricdədir. Çalışaram onunla da əlaqə saxlayıb, fikirnizi çatdıraram. İndi mən hüzr yerindəyəm, yarım saatdan sonra mən özüm sizə zəng edib ətraflı məlumat verərəm.
-Füzuli müəllim, bir məsələyə indi aydınlıq gətirsəniz yaxşı olar. Şikayətçilərdən biri olan Cəfər fermer təsərrüfatını inkişaf etdirmək üçün həmin istədiyi torpaqda 1994-cü ildə ermənilərlə döyüş zamanı bir qolunu itirib və birinci qrup Qarabağ əlilidir. Yəni doğurdanmı qolunu itirdiyi torpaqdan ona təsərrüfat üçün yer ayırmaq olmaz?
-Əlbəttə olar, mən çox üzr istəyirəm, dediyim kimi hüzr yerindən çıxandan sonra sizinlə əlaqə saxlayacağam…
Söhbətimizdə iştirak edən şikayətçilərdən biri Elçin Məmmədov bildirdi ki, F.Əliyev tamamilə yalan danışır. Bu saat rayonda heç bir hüzr yeri yoxdur, başçı da dünən Bakıda idi, bu gün Tərtərdədir….
Nəhayət, xeyli gözlədik, zəng gəlmədiyini görüb, təxminən iki saatdan sonra Füzuli Əliyevə bir daha zəng etdik, lakin bu dəfə mobil telefonu bağlı göstərdi.
Əks tərəfin mövqeyini ətraflı öyrənmək üçün məcburən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova zəng etdik. Başçı ilə çox səmimi söhbətimiz alındı və məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışdıq. M.Məmmədovun fikri belə oldu:
– İcra hakimiyyəti heç kəsə torpaq paylamır. Torpaq almaq üçün Əmlak Komitəsinə müraciət etmək lazımdır. Bundan əlavə, fermer təsərrüfatı üçün, yəni biznes məqsədilə torpaq götürülürsə, əvvəlcə onun biznes planı tərtib olunmalıdır. Həmin plan da bizim tərəfimizdən Əmlak Komitəsinə göndərilir, yalnız bundan sonra torpağın verilməsi məsələsinə baxılır. İndi onların istədiyi torpaq ola bilər əvvəlcədən başqasının olub. Ona görə də həmin torpaq onlara verilməyib. Onların söylədikləri pul məsələsinin isə, heç bir əsası yoxdur, şər və böhtandır. Onlardan biri olan Cəfər Hüseynov iki dəfə narkotiklə həbsdə olub. Dedikləri pul məsələsini sübut etmək lazımdır. Qəzetə gedib söyləmək əsas deyil. Yaxşı olar ki, həmin şikayətçilər əvvəlcə biznes planı hazırlasınlar, sonra torpaq üçün müraciət etsinlər.
– Müstəqim müəllim, ümumi məxrəcə gəlmək üçün neyləmək lazımdır ki, bu insanların problemi həll olunsun?
– Bunun üçün, dediyim kimi onlar biznes planı hazırlamalıdırlar. Mən hələlik məzuniyyətdəyəm, yanvarın 20-dən sonra işə çıxacağam. Sizi də həmin vaxt rayona dəvət edirəm. Gəlin, görün son illər Tərtər necə inkişaf edib. Qoy onlar da həmin biznes planı ilə yanıma hazır gəlsinlər. Düzdür, Tərtərdə başqa rayonlara nisbətən torpaq sahəsi azdır. Ancaq problemin həlli mümkünsüz də deyil. Onların şikayətlərini bilirəm, nümayəndələri Osman yazır…
– Müstəqim müəllim, məsələ ondadır ki, onlar sizə yazdıqları ərizələrində torpağı icarəyə götürməyi xahiş ediblər, MMC yaratmaq üçün yox… İkincisi, hüquqi nümayəndənin vəzifəsi müdafiə etdiyi insanların hüquqlarını qorumaq üçün müxtəlif dövlət orqanlarına şikayət yazmalıdır. Bu onun vəzifəsidir. Bunu qoyaq bir kənara. Yanvarın 20-dən sonra bu insanlar hazır biznes planı ilə yanınıza gəlsələr, həmin yerdə olmasa da, başqa yerdən torpaq sahəsi ayırmaq mümkündürmü?
– Əlbəttə, qoy hazır sənədlə gəlsinlər onların, problemlərini həll edərik.
Elə başçı ilə sağollaşandan sonra şöbə müdiri Füzuli Əliyev özü bizə zəng etdi. Bildirdi ki, bir telefonda iki nömrə olduğu üçün mən zəng edəndə bağlı göstərib… Ona görə də özü zəng edib. Füzuli müəllim təkrar söhbətimiz zamanı bunları dedi: “Mən bir daha sizə bildirirəm ki, o pul söhbəti başdan ayağa yalandır. Onların torpaq almaq üçün heç bir hazır sənədi yoxdur. Hər üç şikayətçi məni yaxşı tanıyırlar. Burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz.”
– Füzuli müəllim biz sizin indiki zənginizdən əvvəl icra başçısı Müstəqim müəllimlə xeyli danışdıq və məsələyə müəyyən qədər aydınlıq gətirdik. Başçı bizi yanvarın 20-dən sonra rayona dəvət etdi və bildirdi ki,rayonun inkişafını görüb qeyd edək. Həmçinin həmin insanların da problemlərinə kömək edəcək.
– Çox gözəl biz çox qonaq sevən insanlarıq. Nə vaxt gəlsəniz qapımız üzünüzə açıqdır. Onda inşallah, yanvarın 20-dən sonra görüşərik.
Həm başçı ilə, həm də Füzuli müəllimlə söhbətimizə şahidlik edən şikayətçilər bildirdilər ki, “Hər ikisi yalan danışır. Bizim başımızın altına yastıq qoyurlar. Onların yalan danışmaq adətləridir. Çünki biz onlardan biznes məqsədilə yox, əkinçilik üçün icarəyə torpaq istəyirik. Onlar isə sizi aldadaraq deyirlər ki, bizim biznes planımız yoxdur. Odur ki, xahiş edirik bizim şikayətimizi qəzetinizdə dərc edəsiniz ki, məsələ dövlət başçısının diqqətinə çatdırılsın.
O ki qaldı narkotik məsələsinə, bu barədə Cəfər Hüseynov maraqlı açıqlama verdi: «Başçı əlillər üçün tikilən fərdi evimin suyunu kəsdirmişdi. Mən bu barədə başçı ilə mübahisəm oldu, dedim ki, bu evi bizə cənab Prezident İlham Əliyev tikdirib, nə ixtiyarın var ki, suyumuzu kəsdirirsən? O da bunu özünə təhqir kimi qəbul edərək bir gün sonra bir neçə nəfər başçının göstərişi ilə mənim iştirakım olmadan maşınımda axtarış aparılmışdı. Və qapının cibliyindən guya bir kibrit qutusu həcmində narkotik çıxmışdır. Qutunun ağırlığı şübhə yaratdığından dedim ki, hal şahidlərinin iştirakı ilə açın, çünki mənə dedikləri çəkidən ağır gəlirdi… Açanda gördük ki, içində narkotiklə bərabər iki ədəd əlli qəpiklək də var. Bu zaman axtarış aparanlar dedilər ki, vay-vay, bu qutu başqasını üçün nəzərdə tutulmuşdu, səhvən sənin payına düşüb…».
(Davamı var)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam