Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?

 

 


Yenixeber.org: Yeni il qabağı ölkə gündəmində olan əsas hadisələrdən biri məhz ötən ilin son günlərində Bakı-Gəncə-Bakı qatarının fəaliyyətə başlaması oldu. Qatarla ilk səfəri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, deputatlar və jurnalistlər etdilər. Məlumat verildi ki, qatar vaqonları “Stadler” şirkətinin istehsalıdır. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcəklər. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub. Hadisəni müşayiət edən mənfi assosiasiya bu oldu ki, bəzi destruktiv «ekspertlər» ictimaiyyətin diqqətini qatarın sürətinin azlığına, müasir standartlardan geri qaldığına yönəltməyə çalışdılar. Amma əlbəttə ki, Azərbaycan adamı vur-tut 400 km-lik yolu «ildırım sürəti» ilə qət etməməyi problem saymır. Əsas olan komfort və təhlükəsizlikdir ki, o da təmin olunub. Əslində isə dəmiryol sistemindəki diqqət yetirilməsi gərəkən və həllini gözləyən əsas problemlər başqalarıdır. İlk sırada sistemdəki bəzi vəzifəli şəxslərin korrupsiyaya qurşanması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsidir. Neqativ hallara rəvac verməkdə ən çox qınağa tuş gələn, tənqid olunan vəzifəli şəxslər sırasında ilk yerdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradovun, Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişovun, Bələdçilərin ehtiyat xidmətinin rəis-instruktoru Əmir Hacıyevin adları çəkilir. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumatda bildirilir ki, Rəhman Əbişov və Əmir Hacıyev əlbir olduqları Elyar Muradova arxalanaraq, QSC sədri Cavid Qurbanovun xəbəri olmayan qanunsuzluqlar edirlər. Bildirilir ki, Əmir Hacıyev respublika daxilində bütün istiqamətlər üzrə hərəkət edən bələdçilərdən yola yazmaq üçün 20-30 manat, Moskva, Xarkov, Tbilisi istiqamətində hərəkət edən bələdçilərdən isə 50 manat alır. Həmin pulu qabaqcadan verməyənləri yaxşı halda ”saatın çoxdur” deyib, yol reysindən saxlayır, pis halda isə onları «razbora» salır, yəni tələ qurub Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi) barədə qərar qəbul edilir. Qərar Elyar Muradova göndərilir, o da təsdiqləyir. Kimsə şikayət etsə, həmin şəxsin guya qatarda əxlaqsız hərəkətlərə şərait yaratması barədə «faktlar» və «şahidlər» toplanaraq pis adla işdən qovulur. Yeri gəlmişkən, dəmir yolunun sərnişindaşıma xidmətində qatar rəislərinin və bələdçilərin sərnişinlərin intim əlaqəsi üçün rüşvət müqabilində şərait yaratmaları barədə xəbərlər həmişə dolaşıb və heç də həmişə yalan olmayıb. Əslində bələdçi kupelərdə müşahidə aparıb intim əlaqə ilə bağlı şübhəli olduğu sərnişinlər barədə qatar rəisini və polisi məlumatlandırmalıdır. Ancaq əksinə, redaksiyamıza veriən məlumatda bildirilir ki, bəzi rəis və bələdçilər təmənna qarşılığında belə hallara şərait yaradır, aldıqları rüşvəti polislə bölüşürlər. Yada salaq ki, dəmiryol sərnişindaşıma xidmətində qatar rəislərinə, bələdçilərə «əxlaqsızlıq damğası» vurulması məsələsinin əks-sədası ilk dəfə 2017-ci ilin martında ucadan eşidildi. O vaxt O vaxt Bakı Vaqon Deposunun rəisi R.Əbişovun 10 mart 2017-ci il tarixli, 70 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Bakı-Ağstafa-Qazax sürət qatarının rəisi vəzifəsindən qovulmuş Hicran Məmmədova məhkəməyə şikayət etmişdi ki, Rəhman Əbişov onu işdən çıxarmaq üçün xüsusi oyun qurub. Hicran Məmmədovanın reysdə olduğu qatara Ucar rayonunda polis əməkdaşları minib. “Əməliyyatçı polislər” hansı hüquqlasa “SV” vaqonda kimin kimlə yatdığını araşdırıblar və məlum olub ki, iki sərnişin (biri qadın, digəri kişi) öz yerlərini dəyişmək üçün bələdçilərə 60 manat rüşvət veriblər. Bu oyun ortaya çıxan anda Hicran Məmmədova faktın ört-basdır olunmasını tövsiyə edən “dostların” təklifinə də məhəl qoymayıb, Bakı Vaqon Deposunun rəisinə 352 saylı Yol raportu ilə məruzə edərək faktı rəsmiləşdirsə də, çifayda, çanaq onun öz başında çatlayıb, nəhayətdə məhkəməni uduzub. Bələdçilər sadəcə öz ərizələri ilə işdən azad olunublar. Onlara qarşı hər hansı ittiham irəli sürülməyib. Amma əvəzində, Hicran Məmmədovanın işdən azad olunması ilə bağlı əmrdə, məhz bələdçilərin rüşvət alması əsas göstərilib. Bu yerdə xatırlatmağa dəyər ki, bir vaxtlar mətbuatda Elyar Muradovun və Rəhman Abışovun özlərinin Bakı («28 may») Dəmiryol Vağzalı ətrafında kirayə ev tutaraq gözəl xanım bələdçilərlə kef məclisləri qurub əyləndikləri barədə məlumatlar yayılmışdı. Mənbə bildirir ki, o zaman Əmir Hacıyev bütün qatar rəisləri və bələdçilərinin dilindən izahat almışdı ki, belə bir hal yoxdur. Qatarda siqaret çəkməyə görə 40 manat yerində cərimə tətbiq olunmalıdır. Amma rəislər, bələdçilər və polislər siqaret çəkən sərnişindən nisbətən az miqdarda pul alaraq bu hala göz yumur, cərimə protokolu tətbiq etmirlər. Qatarda xadimə ştatı olsa da, həmin ştatların maaşları mənimsənilir və bələdçilər xadimə işini aparmağa məcbur edilirlər. İnanırıq ki, dəmiryol rəhbərliyinin bu məqalədə ehtiva olunan məsələlərə münasibəti özünü çox ləngitməyəcək.(Deryaz.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam