Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AZƏRBAYCANA YENİ İKİMƏRTƏBƏLİ SÜRƏT QATARLARI GƏTİRİLİB (FOTO)

 

“Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”.

 

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov bildirib ki, bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda “Wi-Fi” quraşdırılacaq.

C.Qurbanov həmçinin deyib ki, Bakı-Gəncə qatarının sürəti tədricən 150 km/saata çatdırılacaq: “Biz 159 km/saat sürətini sınaqdan keçirmişik. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bugünkü imkanı 150-160 km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam