“Gənclər şəhəri”nin iki qocaman problemi: -Sumqayıt təhsili və səhiyyəsi acınacaqlı durumda
Yenixeber.org: Azərbaycanda aparılan köklü islahatlar bütün sahələrdə inkişafın təminatçısı rolunda çıxış edir. Xüsusilə də son illər təhsil və səhiyyə sahələrində həyata keçirilən mütərəqqi dəyişikliklər diqqət çəkir. İstər yeni təhsil və səhiyyə müəssisələrinin inşası, istər onların maddi texniki bazalarının möhkəmləndirilməsi, istərsə də yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə xüsusu önəm verilməkdədir.
Amma təəssüf hissi ilə bildirməliyik ki, həmin mütərəqqi islahatlar fonunda hələ də işini günün tələbləri səviyyəsində qurmayan təhsil və səhiyyə müəssisələri kifayət qədərdir. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Şikayətlərin daha çox Sumqayıt şəhərindən daxil olması isə “gənclər şəhərin”ndə təhsil və səhiyyə adına ciddi problemlərin yaşandığını düşünmək üçün əsaslar yaradır.
Xatırladaq ki, Sumqayıtda istər səhiyyə şöbəsi, istərsə də təhsil idarəsinin rəhbərləri tez-tez dəyişdirilib ki, elə bu da problemin miqyası haqda təsəvvür formalaşdırır. İlk olaraq Sumqayıt təhsilində yaşanan neqativ hallarla bağlı bəzi məqamlara toxunaq.
Məlumat üçün bildirək ki, uzun müddət Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyanlar ancaq “qonaq” qismində bu kresloda əyləşməli olurdular. Yəni, son illərə qədər bu posta bir neçə nəfərin təyinatına şahidlik etmişik, onların heç biri isə uzun müddət burada qərarlaşa bilmədilər. Bir sözlə, gəldilər, getdilər… Sumqayıt Təhsil Şöbəsinin sonuncu müdiri Ruhiyyə İsabala qızı Tağıyevanın gəlişindən sonra isə ümüdlər nəinki doğrulmadı, əksinə şəhər təhsili tamamilə iflic vəziyyətə salındı.
Bu baxımdan müxtəlif zamanlarda ölkə mətbuatında dərc olunmuş bəzi məqalələrdən seçmələri diqqətinizə çatdırırıq:
“Ən dəhşətlisi isə şöbə müdiri şəhərin təhsil sahəsində çalışanların “dərisini soyması”dır. Şöbə müdiri son zamanlar məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Bunun qarşılığında səlahiyyət sahibi özbaşınalıqlarına don geyindirərək Təhsil Nazirliyinin adından istifadə edir. Məlumatlara görə, Ruhiyyə Tağıyeva məktəb direktorlarına bildirib ki, rayonun təhsil sahəsindən və məktəblərdən əldə edilən gəlirlər hesabına nazirliyin aylıq “haqqını” ödəməklə istədikləri özbaşınalıqları həyata keçirə bilərlər”.
Başqa bir məlumatda isə iddia edilir ki, əslində bu gün təhsildə köklü islahatların aparıldığı görüntüsü yaradılsa, təhsil ocaqlarında kosmetik təmir işləri aparılsa da, mövcud problemlər nəinki azalıb, hətta şöbə müdirinin səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb: “Adi uşağını orta məktəbə qoymaq üçün vətəndaşlardan 800-1500 manat civarında pul tələb olunur. Əgər övladını məktəbə qoymaq üçün həmin məbləğin düzəldilməsində zəruri ehtiyyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxılır və ondan cəmi 500 manat alınır”.
Məlumata görə, Sumqayıt təhsilində tədris ili ərzində dövr edən vəsaitin miqdarı isə milyonlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin şöbə müdirinə qaldığı, nə qədərinin “yuxarılara” ötürüldüyü məlum olmasa da, şəhər Təhsil şöbəsinin fəaliyyəti araşdırılsa müəyyən nəticələr çıxarmaq olar. Sumqayıt təhsilinin “özəllikləri”ndən biri də ixtisası olmayan şəxslərin aidiyyatı olmayan sahələrə yönəldilməsidir. Əlbəttə, bu da havayı başa gəlmir və oratada böyük maliyyə axını dövr edir.
Anoloji acınacaqlı durum Sumqayıt səhiyyəsi üçün də xarakterikdir. Sumqayıt xəstəxanalarında elə bior vəziyyət yaradılıb ki, indi bu şəhərdə pulsuz tibbi xidmət görmək qeyri-mümkündür. Dövlət xəstəxanalarında, səhiyyə ocaqlarında hər kəs total korrupsiyaya yoluxub.
Məsələn Sumqayıt şəhər 1 saylı Doğum Evində hamilə qadınlarla yanaşı onların həyat yoldaşların da “doğuzdururlar”. Burda bir dəfə dünyaya uşaq gətərin ikinci dəfə bahalığına görə vaz keçir. Dərman perepatlarının özəl apteklər vasitəsilə satılmasından tutmuş, xəstəxanalardakı “rüşvət taarifləri”nə qədər geniş mövzulardan bəhs etmək mümkündür.
Sumqayıtda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşsə də, niyəsə bu gün dövlət xəstəxanalarında maddi-texniki baza, tibbi avadanlıq və materiallar, cari təmir işləri hər bir müəssisənin kollektivinin, tibb personalının şəxsi büdcəsi hesabına təmin edilir. Araşdırmalarımız göstərir ki, xəstəxanalarda sterilizasiya avadanlıqları köhnə üsullarla işləyir, bütün dünyada olduğu kimi birdəfəlik tibbi vasitələrdən deyil, kustar üsullarla sterilizasiya verilərək çoxdəfəlik istifadə edilir.
Sumqayıt səhiyyəsində mərkəzi qazanxanalar olduğu halda xəstəxanalar isti su üzünə həsrətdir. Əvəzində isə həkimlərin şəxsi büdcəsi ilə aldığı qızdırıcılar vasitəsilə isti su əldə olunur.
Xəstəyə baxım, qulluq, texniki təchizat, xəstəxananın gündəlik və aylıq xərcləri, xəstə geyimləri, mələfələr, qeyri-steril materiallar, məişət avadanlıqları, elektrik malları bir çox müəssiələrdə təmirdən sonra sıradan çıxmış haldadır. Büdcədən bunlar üçün aylıq və ya illik pul ayrılsa da, müəssisələrdə sıradan çıxmış inventarların yenilənməsi baş vermir.
Dərman vasitələri və tibbi ləvazimatlar isə yox dərəcəsindədir. Bu gün müəssisələrdə tibbi personal steril əlcəkləri belə öz vəsaitləri hesabına alırlar. Sistem məhlulları, işlədilən adi spirt belə müəssiələrin əksəriyyətində tapılmır.
Rubrika.az xatırladır ki,Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev bir müddət öncə tutduğu vəzifədən azad edilib. Amma onun gedişi hələ ki özünü müsbət dəyişikliklərdə göstərmir.
Sonda xatırladaq ki, Sumqayıt təhsilində və səhiyyəsində yaşanan qanunsuzluqlarla bağlı əməkdaşlarımız daha geniş araşdırmalar aparır, həmin araşdırmaların yekunu olan yazılarla isə yaxın zamanlarda tanış olmaq imkanı qazanacaqsınız.(rubrika.az)