Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məktəblərdə rus bölməsi üzrə kadr niyə azdır? - Səbəblər

Məktəblərdə rus bölməsi üzrə kadr niyə azdır? - Səbəblər

Təhsil nazirinin müavini, Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva məktəblərdə rus bölməsi üzrə sıxlığın olmasını kadr çatışmazlığı ilə əlaqələndirib. Nazir müavini ötən gün jurnalistlərə açıqlamasında deyib ki, hazırda rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır. Onun sözlərinə görə, rus bölməsi üzrə vakant yerlərə namizədlər keçid balını toplaya bilmir

Ölkəmizdə rus bölməsi üzrə kadrlar niyə azdır?

Təhsil üzr ekspert Kamran Əsədov AzVision.az-a deyib ki, rus bölməsi üzrə məktəblərdə ibtidai siniflərin sayı çox olsa da, yuxarı siniflərə qalxdıqca tədris proqramı ağırlaşır və şagirdlər rus bölməsindən Azərbaycan bölməsinə keçirlər.



“Bu, əsasən rus bölməsinin yuxarı siniflərində müəllim çatışmazlığı və müəllimlərin bilik və bacarıqlarının yüksək səviyyədə olmaması ilə əlaqədardır. Bu gün ölkədə ali təhsil müəssisələrinin 80 faizində bütün ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dillər Universiteti, Bakı Slavyan Universitetində orta məktəblərdə ehtiyac olan bütün ixtisaslar üzrə tələbə qəbulu həyata keçirilir və onlar əmək bazarına daxil olurlar”. 

K. Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin keçirdiyi ümumi təhsil məktəblərə müəllimlərin işə qəbulu imtahanında rus bölməsi üzrə kadrların az bal toplamasının əsas səbəbi rus dilində resursların olmamasıdır: “Azərbaycan bölməsində müəllimlərin işə qəbulu imtahanında iştirak edənlər üçün istər ixtisas, istər kurikulum, istərsə də məntiq üzrə kifayət qədər test bankları, vəsaitlər olmasına baxmayaraq, rus bölməsində bu yoxdur. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə ixtisas və digər sahələrdə proqramın olmaması nəticələrin aşağı olmasına səbəb olur. Nəzərə alsaq ki, Azərbaycan bölməsindən fərqli olaraq, rus bölməsi üzrə müəllim kimi imtahan verənlər abituriyent olan zamanı az balla ali məktəblərə qəbul olublar. Bu da onların Azərbaycan bölməsi ilə müqayisədə bir az bilik və bacarıqlarının aşağı olmasına səbəb olur”.



Ekspertin sözlərinə görə, az bal toplayıb rus bölməsi üzrə ali məktəblərə qəbul olan abituriyentlərə universitetlərdə keyfiyyətli təhsil verilmir. “Onların tədris proqramları əmək bazarının peşəkar tələblərinə və müasir standartlara cavab vermir. Nəticədə əmək bazarına aşağı səviyyədə kadrlar daxil olur. İstər ali məktəblərə qəbul imtahanlarında, istərsə də müəllimlərin işə qəbulu imtahanlarında Azərbaycan və rus bölməsi üzrə iştirakçılara təqdim olunmuş test tapşırıqları fərqli olmur. Eyni test tapşırığı təqdim olunur. Sadəcə olaraq, Azərbaycan bölməsində olan testlər rus dilinə tərcümə olunur. Düzdür, bəzi hallarda rus bölməsinə tərcümə zamanı müəyyən qüsurlar olur, amma bu da nəticəyə ciddi təsir göstərmir. Aparılan təhlillər göstərir ki, rus bölməsi üzrə imtahanda iştirak edənlərin hazırlıq və bilik səviyyələri aşağıdır”.



K.Əsədov hesab edir ki, ilk növbədə orta məktəblərin ibtidai sinifinə rus bölməsi üzrə müsahibə və müsabiqə yolu ilə şagirdlərin qəbulunu həyata keçirmək lazımdır. “Bu, şagird sıxlığını aradan qaldıracaq, bilik və bacarıqları tələblərə cavab verən şagirdlər qəbul olacaq. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə rus bölməsi üzrə vəsaitlər və proqram tərtib etməlidir. Bundan sonra rus bölməsi üzrə nəticələr qalxa bilər. Əsas məsələ isə rus bölməsi üzrə kadr hazırlığı həyata keçirilən universitetlərdə monitorinqlər aparmaqdır. Təəssüf ki, problemin başlanğıcı oradadır. Əgər orada yaxşı kadr hazırlığı həyata keçirilsə, yekunda bu aşağı nəticə əldə olunmaz”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam