Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

3 restoranın fəaliyyəti dayandırılıb –Səbəb

“Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil”.

Yenixeber.org: Bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosfer havasının çirkləndirməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması üçün xəbərdarlıq bildirişi göndərilib: “Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Lakin bu yaxınlarda 474 iaşə obyektində monitorinq aparılarkən məlum oldu ki, onların 307-də təmizləyici artıq qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir”.

V.Kərimov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmələrə təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə müraciət edib. Artıq 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev əlavə edib ki, şadlıq saraylarının sahibləri milyon manatlar xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər/Trend.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam