Nazirlik 9 restoranı bağlatdıracaq - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldıracaq.
Yenixeber.org: Bunu nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, ETSN tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya atdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq 5 ay keçib:
"Bu proses may ayından başlayıb və bu günədək Bakı şəhərinin inzibati ərazisində və Abşeron rayonunda yerləşən 301 ictimai iaşə obyektinin fəaliyyət göstərdiyi ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən havanümunələri götürülüb və atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib ki, bu da havanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı Nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli “məcburi göstəriş”lər verilib. Xeyli vaxt keçməsinə baxmayaraq, bu günə qədər yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. Ötən 5 ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq bu müddət bitdiyi üçün 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib. 9 obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsatət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır".
Bağlanması planlaşdırılan 9 iaşə obyekti bunlardır: Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonundakı “Tərlan”, “Wite Palace”, Nizami rayonundalı “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonundakı “Neapol”, Suraxanı rayonundakı “Turan”, Sabunçu rayonundakı “Arzu”
Qeyd edilib ki, bu istiqamətdə monitorinq və araşdırmalar davam etdirilir.