Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BƏRDƏ İCRA HAKİMİYYƏTİ BAŞ MÜHASİBİNİN OĞLUNDAN “VOR ZAKON”LU HƏDƏLƏR

 

image here

Baş mühasib Əsgər Əsayevin İcra Hakimiyyətinin maliyyə şöbəsində və Bərdə Seçki Dairəsində mühasib işləyən oğlu Qəlbinur Əsayev borclu olduğu rayon sakinini «Lotu Quli»nin adamları ilə hədələtdirir…
Yenixeber.org: Redaksiyamızın qapıları, həmişə qeyd etdiyimiz kimi, bütün vətəndaşların üzünə açıqdır. Bu səbəbdən istər elektron poçtumuza, istərsə də ənənəvi poçtla göndərilən hər bir məktuba həssaslıqla yanaşırıq. İnsanları boğaza yığan problemlərin həlli xahiş edilən belə məktublar, adətən, çoxluq təşkil edir. Belə məktublardan biri redaksiyamıza ötən ay daxil olmuşdu. Məktubda hüquq mühafizə orqanlarının da ciddi şəkildə araşdırmalı olduğu məqamlar olduğundan şikayətçini redaksiyamıza dəvət etdik…

Borc alanda dost olan niyə borcu geri istəyəndə qatı düşmənə çevrilir?


Bərdə rayonunun Kətəlparaq kənd sakini, fermer təsərrüfatı sahibi Tural Məmmədov qəzetimizə ünvanlı məktubunda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab M.Quliyevdən, daxili işlər naziri cənab R.Usubovdan, Respublikanın Baş prokuroru cənab Z.Qaralovdan kömək istəyir. Surəti redaksiyamıza ünvanlanmış müraciətində haqsızlıqla üzləşdiyini və hansısa “vor zakon” tərəfindən özünün də, Ukraynada yaşayan qardaşı Sərdarın da ölümlə hədələndiyini bildirən şikayətçi redaksiyamızda olarkən yazdıqlarını bir daha təsdiqlədi. Bunları sübut edən maddi sübutlarını təqdim etdi…
***
T.Məmmədov məktubunda göstərirdi ki, Bərdə rayon İcra Hakimiyyətinin baş mühasibi Əsgər Əsayevin oğlu Qəlbinur Əsayev “vor zakon”la əlaqəlidir. Məmur oğlu onun 40 min manat pulunu və 120 qram qızılını mənimsəyib. Bu azmış kimi, həmin pulu geri istəyərkən “vor zakon”ların hədələrinə məruz qalıb. Bütün bunları təsdiq edən səs yazılarını da mənim VatSap nömrəmə göndərib. Göndərilən həmin səs yazılarında birmənalı olaraq T.Məmmədovun çox ağır hədələrə, söyüş və təhqirlərə məruz qaldığı görünür. Özünü Lotu Qulinin nümayəndəsi kimi təqdim edən Roma adlı həmin «kriminal avtoritet» dilə gətirilməsi mümkünsüz olan həmin söyüşlərlə dolu hədələrində borc verən T.Məmmədova hədə ilə bildirir ki, «…Əgər Tural, Qəlbinurdan həmin pulu istəsən, sənin Ukraynada olan qardaşın Sərdarın meyitini «upakovka» edib üstünə göndərəcəyəm» və sair ağır təhqirlər, söyüşlər.

Borclu pulunu tələb edəni «vor zakon»la hədələdib «Lotu Quli»nin hesabına 20 min ABŞ dolları pul göndərməyi tələb edir…

Bundan əlavə, bu «kriminal avtoritet» əlavə olaraq T.Məmmədovdan «Lotu Quli»nin hesabına 20 min ABŞ dolları pul göndərməyi tələb edir. Əks təqdirdə, onu ağzından güllələyəcəyini bildirir. Göndərilən səs yazılarından təəssüflənən T.Məmmədov keçmiş dostu Qəlbinura irad bildirəndə ki, “Niyə vor zakonları üstümə göndərirsən?”, Qəlbinur ona belə cavab verir: “Allaha and olsun, mən onlara elə deməmişəm. Demişəm ki, bir az pul göndərsinlər, sənin borcunu verə bilim…” (Səs yazısı redaksiyamızdadır).
Bu faktın özü bir daha təsdiq edir ki, Qəlbinur Əsayev Tural Məmmədova hansısa məbləğdə pul borcludur və o bu pulu qaytarmaq istəmir. Ancaq o başqa söhbətin mövzusudur ki, rəsmi dövlət qulluqçusu olan Əsgər Əsayevin seçki dairəsində işləyən oğlu Qəlbunur Əsayevin “vor zakon”larla nə əlaqəsi var? Bu da tərəfimizdən ciddi araşdırılır. Əlimizdə olan bütün maddi sübutları, səs yazılarını Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova da göndərəcəyik.
BƏRDƏ İCRA HAKİMİYYƏTİ BAŞ MÜHASİBİNİN OĞLUNDAN “VOR ZAKON”LU HƏDƏLƏR
Qarşı tərəf isə daş atıb başını tutur ki…

Əlbəttə, bütün bunlar çox ciddi ittihamlardır və ona görə də «KİV haqqında» Qanuna uyğun olaraq, əks tərəfin mövqeyini mütləq öyrənməli idik. Bu məqsədlə ötən həftə dəfələrlə Bərdə RİH-in baş mühasibi Əsgər Əsayevlə telefon əlaqəsi saxladıq. Ə.Əsayev bizimlə söhbətində əvvəlcə ərizədə yazılanların yalan və iftira olduğunu, oğlunun onlara heç bir borcunun olmadığını bildirdi: “Həmin adamları bütün Bərdə tanıyır… Mənim oğlum da necə tora düşüb, bilmirəm. Amma bizim onlara heç bir borcumuz yoxdur. Oğlum icra hakimiyyətində yox, Seçki Dairəsində işləyir.”
Mən bu danışıqdan sonra Tural Məmmədovla təkrar əlaqə saxladım və o bunları dedi: “Ağsaqqal adamdır, niyə yalan danışır? Oğlu Həm icra hakimiyyətində, həm də Seçki Dairəsində işləyir. Bunu hamı bilir. Bu günlərdə Bərdə RİH-in başçısının müavini İlham müəllimin yanında birlikdə olmuşuq. Orada Əsgər müəllim yalvararaq dedi ki, mənim 5 hektar torpağım və 4 min manat da nağd pulum var. Bunları indi verə bilərəm. Qalan pulu da ayda hissə-hissə ödəyərəm. Belə olan surətdə o sizə necə deyə bilər ki, bizim onlara heç bir borcumuz yoxdur? Mənim pullarımın hesabına oğlu Bakıdan 90 HU 018 dövlət nömrə nişanlı “Range-Rover” markalı maşın gətirmişdi. Əsgər müəllim özü dedi ki, a bala, o maşını burdan rədd elə, yoxsa bizi zibilə salacaqsan. Bütün bunlar hamısı faktdır… Yaxşı, bəs məni Ukraynada olan «vor zakon» adlandırdığı şəxslə niyə hədələtdirir? Sonra da deyir ki, mən onlara demişəm ki, mənə pul verin, borcumu qaytarım, deməmişəm ki, səni və qardaşını ölümlə hədələyib ağır formada təhqir etsin, söyüş söysün”.
Eyni zamanda Tural Məmmədov bizə Qəbinurun borclu olmasını təsdiqləyən səs yazılarını da göndərdi. Onu da bildirdi ki,“…Qəlbinur 120 qaram qızılımı da etibarımdan sui-istifadə etməklə mənimsəyib. Həmin qızılları “Bank Kredit” banka girov qoyaraq çoxlu pul götürüb”.
Dəqiqləşdirmələri sonadək aparmaq üçün yenidən Əsgər Əsayevlə danışmalı oldum. Bu danışıq zamanı ona belə bir təklif verdim: “Əsgər müəllim, mən görürəm ki, burada ciddi problem var və oğlunuz da sizə hər şeyi deməyib. Bəzən oğul ataya layiq olmaya da bilir… Ona görə də, sən oğlunu qabağına qoy, ciddi söhbət elə. Dövlət qulluğunda çalışan bir məmurun çinovnik oğlunun “vor zakon”la nə əlaqəsi ola bilər? Bütün bunlar hüquq mühafizə orqanlarına təqdim olunsa, heç də yaxşı nəticə verməyəcək. Ona görə də yaxşı olar ki, ortaq məxrəc tapmaq üçün, elimizin adəti üzrə ağsaqqaldan, qarasaqqaldan istifadə edin. Gedib oturub sülh yolu ilə bu məsələni yoluna qoyun. Məsələ çox şişəndən sonra isə, bu söhbətin də xeyri olmayacaq”.

Məmur ata niyə oğulunun öhdəsindən gələ bilmir?


Mənim bu məsləhətimdən sonra Ə.Əsayev bir az yumşaldı, etirafa gəldi: “…Düz deyirsiniz, çox sağ olun ki, elə ağsaqqalcasına məsləhət verirsiniz, mən rayonumuzun ağsaqqalı Hacı Qabili götürüb onlara gedərək məsələni həll etməyə çalışacağam, nə borc varsa, həll edək qurtarsın… Bir də bunu İcra başçısı Vidadi İsayev bilməsin, biabır olarıq…”.
BƏRDƏ İCRA HAKİMİYYƏTİ BAŞ MÜHASİBİNİN OĞLUNDAN “VOR ZAKON”LU HƏDƏLƏR
Aradan bir neçə gün keçəndən sonra Tural Məmmədovla təkrar əlaqə saxladım. Çünki o, təqdim etdiyi şikayət ərizəsini və digər maddi sübutları redaksiyanın adından Azərbaycan DTX-nə, DİN-ə göndərməyi xahiş edirdi… Telefon söhbətimizdə isə o, bildirdi ki, heç kəs onlarla danışığa gəlməyib. Əlavə olaraq T.Məmmədov xahiş etdi ki, bir faktı da qeyd edək. Belə ki, Qəlbinurla əvvəllər ailəvi olaraq çox yaxın olublar. Bu yaxınlıq o dərəcədə olub ki, ondan, yəni Tural Məmmədovun ailəsindən 4 nəfəri Bərdə Seçki Dairəsinə nümayəndə kimi yazdırıb, amma pulunu özü alır (Bu məsələni də MSK-ya sorğu göndərərək araşdırılmasını xahiş edəcəyik).
BƏRDƏ İCRA HAKİMİYYƏTİ BAŞ MÜHASİBİNİN OĞLUNDAN “VOR ZAKON”LU HƏDƏLƏR

Bərdə İcra Hakimiyyətinin baş müsahibinin dəyişkən mövqeyindən heç baş açmaq olmur…

Belə olan surətdə Ə.Əsayevlə bir daha əlaqə saxladım. O bildirdi ki, Turalgillə danışmadığına görə həmin görüşə gedə bilmir. Qoy Hacı Qabillə əlaqə saxlasın və onunla görüşsünlər, o hər şeyi bilir.
Bu xəbəri əks tərəf kimi Turala da çatdırdım. Elə həmin günü axşam Tural mənə bunları bildirdi: “Elçin müəllim, mən Hacı Qabillə görüşdüm. O adam rayonda hamının hörmət elədiyi bir hacıdır. Hamı ona inanır. Ona görə də mənə tam səmimi şəkildə bildirdi ki, pul məsələsində Əsgər ona heç nə deməyib. Sadəcə çatdırıb ki, bizə desin, əgər bir də pul tələbi olsa və harasa şikayət edərsə, onların evini-eşiyini, mal-qarasın əlindən aldıracaqlar, özünü də… O söz… Onsuz da onların heç kimi yoxdur”.
Bu sözləri eşidəndən sonra, bizə bir söz, Hacı Qabilə başqa söz danışan Ə.Əsayevlə təkrar əlaqə saxladım. Məqsədim, əslində, Bərdə RİH-nin o boyda baş mühasibinin yalanlarının hara qədər davam edəcəyini bilmək idi. Axı mən də bilirəm ki, Vidadi İsayev Bərdədə böyük hörmətə layiq bir İcra başçısıdır. Onun rəhbərliyi altında çalışan baş mühasibdən belə hərəkətlər gözlənilməzdir…
Beləliklə, “Əsgər müəllim, bu nə söz-söhbətdir ki, sizin adınızdan yayılır?”, -deyə ondan soruşdum. Onun cavabı: “Mən elə deməmişəm. Demişəm ki, onlara borcumuz yoxdur, səs yazısına qalsa, Turalın da, mənim oğlumda səs yazıları var. Həmin səs yazılarında Tural mənim oğlumu ölümlə hədələyir. Əgər onların bizdən hər hansı alacağı varsa, qoy versinlər məhkəməyə”.
Cavab olaraq bildirdim ki, Əsgər müəllim, o səs yazılarını da xahiş edirəm mənə göndərin və mən hər ikinizin fikirlərini və sübutlarını olduğu kimi dərc edəcəyəm.
Bir müddətdən sonra Ə.Əsayevin oğlu Qəlbinur Əsayev mənə bir çox səs yazıları göndərdi. Həmin səs yazılarının hamısına qulaq asdım və orada borc verən Tural Məmmədovun pulunu istəməsi və s. kimi danışıqlar var idi. Həmin ölümlə hədələmə məsələsi isə belədir. Tural deyir: “Qəlbinur, eşitmişəm deyirsən ki, özümü öldürəcəyəm, məndə yaxşı yumşaq kəndir var, səni o qədər də incitməz. Özünü öldürmək istəyirsənsə, həmin kəndiri sənə göndərim». Və sonra söhbətlərində bildirib ki, ən yaxşısı budur, pulumu qaytar, canına qıyma. Adam da pula görə belə şou düzəldər?
***
Başa düşdüyüm qədər burada kimsəni ölümlə hədələmək faktı yoxdur. Amma Turalın mənə göndərdiyi səs yazılarında isə, Qəlbinur Əsayev Tural Məmmədova borclu olduğunu dəfələrlə təsdiq edir. Eyni zamanda “vor zakon” vasitəsilə Turalı söydürərək, qardaşını öldürməklə hədələyir. Sual olunur: Məmur oğlunu “vor zakon”a bağlayan hansı amillərdir? “Vor zakon”da ki, söyüşün birini bir qəpiyə edir. Mənim eşidib-bildiyimə görə “vor zakon”lar heç vaxt söyüş söymürlər. Onlar müzakirə edərək kimin “prav”, kimin “ne prav” olduğunu aydınlaşdırırlar və bundan sonra günahkara səhvini başa salaraq bildirirlər ki, sən düz yolda deyilsən. Yoxsa, “vor zakon” hansısa şəhərdən sadə bir fermerə zəng edərək, olmazın söyüşlərini söyür, üstəlik də onun özünü və qardaşını ölümlə hədələyir, 20 min dolları cəza olaraq «Lotu Quli»nin hesabına (?) göndərməyi tələb edir. Görəsən, «Lotu Quli»nin belə bir «vor zakon»dan xəbəri varmı???.
Q.Əsayev mənə göndərdiyi fikirlərində yazır: «…Mənim atam Rayon Ağsaqqallar Şurasının üzvüdür. Bərdə rayonunda uşaqdan-böyüyə hər kəs mənim atamı ziyalı kimi tanıyır. 2016-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 kitab müəllifidir. Birinci dərəcəli dövlət qulluqçusudur. Özümüz də ağır seyid nəslindənik. Onsuz da bizim cəddimiz, nəfəsimiz gec-tez bizi şərə, böhtana, sələmə salanların cəzasını verəcək. Hamımız bilirik ki, müqəddəs kitabımız “Qurani-Kərim”də sələmçilər Allah tərəfindən lənətlənmiş insanlardır. Bunları yazmaqda məqsədim odur ki, siz bunları tanımaq üçün gəlib Bərdədə müəyyən insanlarla görüşəsiniz. Və onda özünüz nəticə çıxaracaqsınız. Bildirirəm ki, onların mətbuata, hüquq-mühafizə orqanlarına müraciət etməsi onların özünə ziyandır. Qoy hara lazımdır müraciət etsinlər. Onların itirəcəyi xalqın zəhməti hesabına yığdıqları kiflənmiş sələm pulları, qızılları, həyətlərində saxladıqları yüz başdan çox mal-qarası və başqa sərvətləri olacaqdır. Mənim itirəcəyim nəyimsə yoxdur. Mənim sadəlövhlüyümdən istifadə edib valideynlərimdən xəbərsiz mənə maddi və mənəvi ziyan vurublar”.
Bu yazıya şərh vermədən onu demək istəyirəm ki, sələmçilik günahdırsa, onda belə çıxır ki, Azərbaycan xalqına çox yüksək faizlə kredit verərək zəlil günə qoyan bankların hamısı günahkar və kafirdir. Hər halda, kimsə faizlə pul verirsə, bunu alanın özü də ağılla hərəkət etməlidir. Sonradan deməməlidir ki, mənim sadəlövhlyümdən istifadə edirlər.
İkincisi, atası «Tərəqqi» medallı, Bərdədə tanınan ziyalı, 5 kitabın müəllifi… olan bir oğulun belə bir problemlə çabalaması üzücüdür, tanınmış o ailəyə yaraşmır. Sələmdir, borcdur, nədir, bu pulu alıbsansa, qaytarmalısan. Vəssalam! Mal-heyvan saxlayıb min-bir zəhmətlə pul qazanana deyə bilərikmi ki, sən niyə bu pulunu kiməsə borc verirsən? Qanunlarımızda belə qadağa varmı???
***
Yazı çapa hazırlanan ərəfədə Tural Məmmədov redaksiyamıza gəldi, yazılanlarla tanış oldu və bildirdi ki, bütün bunlara başı ilə cavabdehdir. Eyni zamanda Qəlbinur Əsayevin özünün sələmə pul verməsini təsdiq edən səs yazısı ilə bizi də tanış etdi. Heyrətləndik. Həmin səs yazısında Qəlbinur Turala belə deyir: “Tural, atam bilsə ki, faizə pul verib, pul alıram, mənim ... dağıdar. Qorxumdan o pulu batıraram, amma atama həqiqəti deyə bilmərəm”.
Əlbəttə, bütün bunlar bir jurnalist olaraq bizim araşdırmamızın nəticəsi kimi ortaya çıxdı. Kimin haqlı, kimin haqsız olduğunu isə yəqin ki, hüquq-mühafizə orqanları ayırd edəcək. Çünki bütün sənəd və sübutları DİN-ə və DTK-ya göndərməli olduq… Bizim işimiz sadəcə informasiyanı lazımi ünvanlara çatdırmaqdır ki, bunu da hər iki tərəfin möqeyi ilə birlikdə təqdim etdik. İndi söz səlahiyyət sahiblərinindir.
Mövzunu diqqətdə saxlayacağıq.
(tezadlar.az)
Elçin Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam