Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Gəncədə “şah” peyda olub, “Xəmsə bağı”nı öz sarayına qatmaq istəyir-Fotolar

 

Gəncə şəhərinin mərkəzində, Nizami küçəsi ilə Vəli Xuluflu küçələrinin kəsişməsində yerləşən, “Xəmsə bağı” adlandırılan park yerli iş adamı tərəfindən işğal edilib. Elfak Əliyev adlı biznesmen bu parkda yerləşən ağacları kəsib, uşaq atraksionlarını dağıdaraq ərazidə obyekt inşa etdirməyə başlayıb.

Yenixeber.org: Bu barədə redaksiyamıza Gəncə sakinlərindən müraciət daxil olub. Sakinlər parkın necə zəbt edildiyinə dair fotoları da təqdim ediblər.

Belə ki, parkın qarşısında Elfak Əliyevə aid dəbdəbəli “Şah sarayı” restoranı fəaliyyət göstərir. Bura Gəncənin imkanları adamlarının və məmur övladlarının sevimli əyləncə məkanıdır. Amma Əliyev öz sarayının ərazisini daha da genişləndirmək üçün bir neçə il əvvəldən işə başlayıb. İş adamı ekologiyaya və dövlət mülkünə zərər vermək yolu ilə parkın böyük bir hissəsini öz restoran ərazisinə daxil etmək üçün hərəkətə keçib.

Amma yaxınlıqda yaşayan, mütəmadi parkda dincələn və uşaqlarını burada gəzdirən sakinlərin çoxsaylı şikayətlərindən sonra inşaat işləri dayandırılıb. Məlum olub ki, daha əvvəl Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən “Xəmsə bağı” parkı ilə bağlı Elfak Əliyevə burada layihələndirmə işləri ilə bağlı icazə verilib. Lakin verilmiş icazənin səlahiyyətləri xaricinə çıxan iş adamı ərazidə ağacları kəsib, oyun meydançalarını söküb və  tikinti işlərinə başlayıb.

Sakinlər yazırlar ki, parkdakı yaşıllıqlara vurduğu ziyanı restoran sahibi başqa yolla ört-basdır etməyə çalışır. “Xəmsə bağı”nda apardığı inşaat səbəbindən ərazidəki ağacların bir qismini məhv edən Elfak Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yoxlamalarından yan keçmək üçün yerindən çıxardığı ağac sayı qədər parkın fərqli issələrində ağac əkdirib. Bununla parkda qeydə alınmış ağac sayının dəyişmədiyini göstərməyə çalışın.  Amma təbii ki, məhv edilən çoxillik, irigövdəli ağacları yeni basdırılan kiçik ağaclar əvəz edə bilməz.

Bu şikayətlə bağlı Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin  bildirdilər ki, soruğunu yazılı şəkildə göndərək və məsələni araşdırıb cavab verəcəklər.(virtualaz.org)

 

G.Əliyeva

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam