Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusiflə Nəsimi İH başçısı Arif Əsgərovu nə bağlayır-VİDEO

 

"Gəl bu Nəsimini sərpa soyarlar, ağramaz…".

Yenixeber.org: Bu sözləri İmadəddin Nəsimi bilsəydi ki, onun adına olan rayondakı yaşıllıqlara şamil edirlər, hürufi üsyanı qaldırardı. Çünki böyük və ləyaqətli sufi şairin adını daşıyan Bakının Nəsimi rayonu yerli icra hakimiyyəti başçısı Asif Əsgərov tərəfindən sərpa soyulur, ağrayır…

 Son illərdə paytaxtın heç bir rayonuna qarşı belə amansız münasibət göstərilmir. Bir müddət əvvəl Xətai və Nizami rayonlarında ağaclara qənim kəsilən yerli icra hakimiyyətlərinin trendinə Nəsimi rayonu da qoşularaq onlardan geri qalmayıb. Görünür, A.Əsgərov Nizami RİH başçısı Arif Qasımov və Xətai RİH-dəki həmkarı Razim Məmmədovdan "nəyim əskikdir" deyərək hərəkətə keçməkdədir.

 

Ona görə də şəhərin mərkəzi rayonu olan Nəsiminin yaşıllıqlarına "divan tutur", meşəlikləri qırdırır, satmağa boş ərazi qoymur. Nəsələn, bir meddət əvvəl  20 Yanvar küçəsində FHN-ə məxsus su anbarının üstündə qanunsuz tikinti aparılması, o cümlədən ərazidə yaşıllıqların qırılması sakinləri ayağa qaldırmışdı.

Onlar Nəsimi RİH başçısı Arif Əsgərovu ittiham edirdilər. Amma təkcə sözügedən küçənin sakinləri deyil ki… Onun boş gördüyü əraziləri peşkəş etməsi, yaşıllıqları genosid edərək iş adamlarına satması, rayona tarla kimi baxması, inkişaf üçün bir addım atmaması göz qabağındadır. Nəsimi rayonu 31 ünvanda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə işlərə başlanıldığını demək olar.

Nəsimi rayon Əlimardan bəy Topçubaşov küçəsi 88 və 90 ünvanında yaşayan sakinlərin aparılan pilot layihə ilə bağlı şikayət və iddiaları da kifayət qədər ilgincdir.

Sökülən evlərə müxtəlif məbləğdə kompensasiya təyin edilir. Bundan başqa tikinti şirkətinin nümayəndəsinin vətəndaşlara icra hakimiyyətindən onlardan 20 min manat rüşvət istəməsi bildirilir.

Mədəniyyət Nazirliyinə tabe olan , köhnə "Moskva" kinoteatrının qarşısında tikinti aparılırdı. Prezidentin belə tikintilərlə sərt xəbərdarlığından sonra onu yarımçıq saxladılar.

 Mozalan.az yada salır ki, 4-cü mikrorayon, Əliisgəndər İsgəndərov küçəsinin sakinləri yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı. Yaşıllıqların yerində 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirirmiş.

Bu faktla iş bitmir. Nəsiminin icra başçısı Hüseynbala Əliyev küçəsində də təbiətə düşmənçilik etmişdi. "Çıxdıq yaşıllığı qorumağa, polisi tökdülər əraziyə, bizi kürüyüb tulladılar kənara, cavanları yığıb şöbəyə apardılar. Bununla belə, səsimizi kəsə bilməyəcəklər, biz burda bina tikintisinə imkan veməyəcəyik"-sakinlər demişdilər.

"MİD 17" MTK ərazidə çoxmərtəbəli bina tikməyə başlayıb. Daha doğrusu, sakinlərin çabalarına baxmayaraq, artıq binanın özülü qazılıb. Onlarla belə faktlar təqdim etmək olar ki, Nəsimi icra hakiminin ekologiyaya, oksigenə necə qənim kəsildiyinə şahidlik edəsən.

Sakinlər deyirlər ki, belə başçı olmaz olsun. Onlar prezidentin son dövrlər icra başçıları ilə bağlı etdiyi dəyişikliklər növbəsinin Nəsimiyə çatacağına ümid edirlər.

Nəsimi camaatı hesab edir ki, prezident operativ olaraq bu rayona müdaxilə etməlidir. Necə ki, Yasamalda 1000-dən çox ağac kəsən şirkət cəzalandırılmışdı.

İkincisi, Nəsimi Bakının gözünün işığıdır və mərkəzi rayondur. Yəni, Suraxanı, Binəqədi, Xəzər kimi ətraf rayonlar deyil, paytaxtın tən ortasıdır.

 

Ona görə A.Əsgərovun şəhərin mərkəzindəki ağaclara "divan tutması"na imkan vermək olmaz. Üstəlik, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva respublikanın bir çox ərazilərində ağacəkmə kampanoiyaları həyata keçirir.

Nəsimi icra hakimi isə yaşıllıqları tikinti firmalarına qurban verməklə dövlətin və prezidentin siyasətinə zidd getməkdədir. Məsələn,Şbir müddət öncə , anaxeber.az yazmışdı ki, Nəsimi RİH başçısı A.Əsgərov övladı İlham Əsgərlinin ölümlə nəticələnən ağır yol qəzası törətdikdən sonra vətənpərvərliyi sığınacaq seçimi etməkdədir.

Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov oğlunun həbsxana hücrəsindən çıxarar-çıxarmaz cəbhə xəttinə səfərləri intensivləşdirmişdi.

Nə hikmətdirsə, cəbhəboyu bölgələrin, işğalda olan rayonların icra başçıları cəbhə xəttinə, səngərlərə getmirlər, görüşlər keçirmirlər, əsgərlərlə şəkil çəkdirmirlər, di gəl Bakının tən ortasındakı elitar rayonun icra başçısı hərbçilərimizə ürək qızdırır.

Nədənsə, Səbayel rayon icra başçısı olduğu dövrdə cəbhə xəttinə getməyən A.Əsgərov oğlunu müalicə adı ilə həbsdən çıxardıqdan sonra Nəsimi RİH rəhbəri olduğu dönəmdə səfərlərə ayaq açdı…

Qeyd edək ki, dərisi soyulan şair Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə olub.

Bu gün XXI əsrdir və dərisi soyulan şairin adını daşıyan rayon da öz rəhbəri tərəfindən oxşar aqibəti yaşamaqdadır. Biz isə istənilən halda rəhbərliyin mövqeyini dərc edə bilərik.(mozalan.az)

 

P.S.Hazırda bir çox tikililər dayandırılıb. Yuxarıda qeyd etdiyimiz kimi, Prezidentin sərt xəbərdarlığı öz sözünü deyir. İcra başçısı 2-3 şitil əkib mediada özünü reklam etməklə məhv etdirdiyi yaşıllıqları gizlətmək istəyir. Ancaq belə hallar çoxdur. Yüzlərlə foto və video materiallar var . Araşdırmamız davam edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam