Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Əzizov meriyadakı daha bir oliqarxı məşəl ayağına çəkir -“Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində müdhiş talan   

       

Eldar Əzizov meriyadakı daha bir oliqarxı məşəl ayağına çəkir - “Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində müdhiş talan
Saytımızın Azərbaycan Respublikası Hesablama Palatasından alınan rəsmi məlumata əsasən apardığı araşdırmaları zamanı 2016-18-ci illərdə meriyada müdhiş talanla bağlı məqamlar ortaya çıxıb. Əməkdaşlarımızın əldə etdiyi rəsmi məlumatlarda Bakının sabiq meri, baş nazirin müavini Hacıbala Abutalıbova yönəlik ciddi ittihamlar yer alır. Bürcə vəsaitinin talan edilməsi, Bakının sabiq meri Abutalıbovun məsuliyyətsizliyinin nəticəsi olaraq ortaya çıxıb.

Bakı şəhər İcra Hakimiyyətinin “Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirilmiş auditin nəticələri barədə məlumatlara diqqət etdikdə ortaya kifayət qədər ilginc məqamlar yer alır. Auditlə ümumilikdə 860 min manat məbləğində vəsait əhatə edib. “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əsasnaməsində məhəllədaxili yolların və həyətlərın, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da bu istiqamətlərdə müəssisənin fəaliyyəti auditin əhatə etdiyi dövrdə qənaətbəxş olmayıb.

                              Abutalıbova yönəlik iddialarda isə bu məqamlar yer alır:

- Müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməyib. Genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilməyib.

2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmamış, küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməmişdir.

Xərclər smetasında əsaslı təmir xərcləri nəzərdə tutulmadığı halda bu məqsədlə vəsait xərclənib. 29 ədəd nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinmiş, avtoqəza və digər qəzalar zamanı işıq dirəklərinə dəymiş ziyana görə müxtəlif mənbələrdən ödənilsə də xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənib.

“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, əməyin ödəniş dərəcəsi düzgün müəyyən edilməyərək artıq əmək haqqı xərcinə yol verilmiş, Elektrik Quraşdırma Sahəsi işçilərinin əmək haqqı təsərrüfatın öz gəlirləri hesabına deyil, dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.

2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilmiş, Müəssisə tərəfindən keçirilən satınalmalar zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən tender təklifinin təminatı alınmamış, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin edilməmiş, maliyyə hesabatlarının tərtibi və illik inventarizasiyaların vaxtında aparılması təmin edilməmiş, 2017-ci ildə balansında olan işıq dirəklərinə avtomobil qəzası ilə dəymiş ziyana görə dəyərin təqsirkar şəxslərdən alışı təmin edilməmiş və müəssisənin debitor borcuna daxil edilməmişdir.

Bütün bu ciddi nöqsanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin indiki başçısı Eldar Əzizova rəsmi olaraq məlumat verilib. Eyni zamanda, Bakı Şəhər Baş Maliyyə İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə (Təqdimatla birlikdə) də təcili olaraq nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.

Hesablama Palatasının aşkarladığı bu nöqsanlarla bağlı olaraq Eldar Əzizov təcili toplantı keçirib. Əzizov Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsirəisi Məhərrəm Babayevə qısa bir zamanda ortaya çıxan yeyintilərin büdcəyə geri qaytarmaqla bağlı göstəriş verib. Bildirilir ki, Eldar Əzizov şəxsən prossesə nəzarət edəcəyinə dair ən yüksək dairləri əmin edib.

Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində büdcə vəsaitlərinin talan edilməsinə dair faktlar yalnız 2 il və bir neçə lot üzrə elan edilən tenderlərlə də yekunlaşmır. Elan edilmiş tenderlərlə bağlı olaraq talan faktlar dövlət başçısının da diqqətində olub.

Xatırladaq ki, yerli mediada bir neçə də Bakı küçələrinin işıqlandırılması ilə bağlı olaraq ciddi araşdırma yazıları yazılmış, lakin Meriya bu faktlara qarşı heç bir tutarlı cavab ortaya qoymamışdı. Hələ 2013-cü ildə Baki Şəhər İcra Hakimiyyətinin 1 ədədi 40 min manata aldığı elektrik dirəkləri ilə bağlı da ortada müəmmalar qalır.

Və dövlət başçısı bu faktla bağlı öz iradını bir neçə də şəxsən ifadə edib. Elə bu problemlə bağlı 2012-ci ilin iyun ayının 20-də prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında da vurğulamışdı. “Kənar küçələrin bir çoxunda işıq dirəkləri ümumiyyətlə yoxdur. İşıq xətləri çəkilməyib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, bu məsələyə də diqqət göstərilsin. Elə etməliyik ki, gələn ilin sonuna kimi Bakı şəhərinin bütün küçələrində müasir işıq dirəkləri və daim, davamlı işıq olsun” - deyə prezident qeyd etmişdi.

Araşdırmalarımız zamanı məlum olub ki, 2006-cı ildən 2017-ci ilə qədər Bakı şəhərinin abadlaşdırılması məqsədilə dövlət büdcəsindən 806 milyon manat vəsait ayrılıb. Və bu vəsaitlərin də böyük bir qismi məhz küçə və prospektlərin işıqlandırılmasına sərf edilib. Lakin indi bəlli olur ki, nəinki bu vəsaitlərinin böyük bir qismi talan edilib. Hətta bu vəsaitlərdən "Azərişıq" ASC-yə ödənilməli olan hissəsi ilə bağlı da debitor borclar kifayət qədər şişib.

Hazırda aparılan araşdırmaların nəticəsilərinin aradan qaldırılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsirəisi Məhərrəm Babayevlə bağlı materiallar hüquq mühafizə orqanlarına təqdim edilməyib. Lakin müvafiq olaraq ən yüksək dairlərə dosyelər təqdim edilib.(teref.az)
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam