Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dəhşətli təbiət hadisəsinin XƏBƏRÇİSİ:20 dəqiqədə ABŞ, Kanada, Afrika və Havay...

 

Dəhşətli təbiət hadisəsinin XƏBƏRÇİSİ: 20 dəqiqədə ABŞ, Kanada, Afrika və Havay...

Elm adamları Sakit okeanın dibindən gələn və mənbəyi məlum olmayan bir uğultunu müəyyən ediblər.

 Yenixeber.org: Bu barədə “Milli Coğrafiya” (National Geographic) nəşri informasiya yayıb.

Xəbərə görə, uğultunun mənbəyi Mayotte adasından 24 km uzaqda yerləşir. Oradan dalğalar, təxminən, 11 min km yol qət edərək Afrika, Cənubi Amerika, Yeni Zalandiya, hətta Kanada və Havay Adalarının sahillərinə qədər gedib çatıb. Uğultu 20 dəqiqədən çox davam edib.

Naməlum hadisənin təbiətinə diqqət çəkən elm adamları dalğaların aşağı tezlikli və tək rəngli, yəni müəyyən və sabit tezliyə malik olduğunu deyib. Bu tip uğultular, adətən, son dərəcə böyük zəlzələlərin avterşoklarından qaynaqlanır. Lakin son zamanlarda bu tip böyük zəlzələ meydana gəlməyib.

ABŞ-ın Kolumbiya Universitetinin anormal zəlzələlər üzrə ixtisaslaşmış seysmoloqu, professor Qoran Ekström daha öncə buna bənzər bir hadisə ilə rastlaşmadığını bildirib.

Dalğaların qaynağını müəyyən edə bilməyən mütəxəssislər Mayotte adasının altında maqmaların hərəkətlənməsi, zəif zəlzələ və ya su altında olan bir vulkanın püskürməsi kimi ehtimallar üzərində düşünürlər.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam