Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Ziraat Bank Azərbaycan” hər bir müştəriyə dəyər verəcəyini vəd edir, bəs reallıq...? -GİLEY

“Ziraat Bank Azərbaycan” hər bir müştəriyə dəyər verəcəyini vəd edir, bəs reallıq...?
“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti haqqında redaksiyamıza şikayət xarakterli məlumat daxil olub.

Yenixeber.org: Bildirilir ki, müştərilərə məxsus debet kartlardan istifadə olunarkən aparılmış əməliyyatlar üzrə 30-40 faiz əlavə vəsaitin tutulması adı ilə bank tərəfindən silinib. Sayta müraciət edən şəxs bununla bağlı bank rəhbərliyinə müraciət edildiyini bildirib və ortada hansısa anlaşılmazlığın baş verdiyinə ümid edir. Müştəri bildirir ki, tezliklə səbəbsiz silinən pulun kart hesabına bərpa ediləcəyini gözləyir, əks halda hüquqi müstəvidə dəymiş zərərin ödənilməsini tələb edəcək.

Redaksiyadan: Biz də ümid edirik ki, həqiqətən də anlaşılmazlıq baş vermiş olsun və problem tezliklə həllini tapsın, nəticədə nə mnüştəri məmnunluğuna, nə bankın nüfuzuna xələl gəlsin.

Biz mövzunu diqqətdə saxlayacağıq və yeni yaranmasına baxmayaraq ölkənin bank sektorunun önəmli oyunçularından birinə çevrilməyi qarşısına məqsəd qoymuş “Ziraat Bank Azərbaycan”dan hansısa müştəri narazılığını deyil, uğurlarının sorağını eşidəcəyimizə ümid edirik.

Yeri gəlmişkən, elə bankın saytında da hər bir müştəriyə dəyər verilməsinin fəaliyyətlərində əsas prioritet istiqamət olduğu vurğulanır:

"“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır. Bu müddət ərzində iki filial quran, güclü insan resursları və İT komandası yaradan, Baş Ofis binasını inşa etdirən və faəliyyətini genişləndirən bank hal-hazırda 10.000-dən çox müştərisinə xidmət verməktədir. Səhmdarı Türkiyənin ən böyük və dayanıqlı dövlət bankı olan T.C. Ziraat Bankası A.Ş.`nin 154 illik bankçılıq təcrübəsi ilə “Ziraat Bank Azərbaycan” ASC Azərbaycanda bank sektoruna daxil olduğu gündən etibarən müştərilərinin ehtiyaclarına uyğun xidmət kanallarını formalaşdıraraq, hər bir müştəriyə dəyər yaratmağa yönəlmiş xüsusi məhsul və xidmətləri təklif etməyə və inkişaf etdirməyə davam etməkdədir".(Moderator.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam