Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bolluq” marketdə  kifli kolbasaları əsgi ilə parıldadırlar-BİABIRÇILIQ

 

Son zamanlar istehlakçıları narahat edən məsələlərdən biri də mağazalarda, marketlərdə qida məhsullarının son istifadə tarixlərinin dəyişdirilməsidir. Bəzi marketlərdə istifadə müddəti keçmiş məhsulların üzərinə yeni istifadə tarixləri qeyd olunaraq satılır.

 

Yenixeber.org: Bu, bir çox məhsullarda — kolbasa, kiloqramla satılan konfetlər, şirniyyatlar və s. özünü göstərir. Hətta istifadə müddəti keçmiş bəzi məhsullar elə marketlərdəcə yenidən qablaşdırılır, üzərilərinə yeni istifadə tarixlərini göstərən yarlıqlar yapışdırılır. Əlbəttə ki, bu hal istehlakçının hüquqularının pozulması ilə yanaşı, onların sağlamlığı üçün də təhlükəlidir.

“Ərzaq məhsullarının təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağandır.

Məlumata görə Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsində yerləşən “Bolluq” Marketdə deyəsən qanunun bu tələbindən xəbərsizdirlər.

Oxucular yazır ki, marketin işçiləri köhnə kolbasaların üstünü əski ilə silir, lap kif basmışların isə suda yuyaraq yenidən satış rəfinə qoyurlar. Özü də bunu çəkinmədən müştərilərin gözü qabağında edirlər.

Satıcını deyə bilmərik, əgər zəhərlənmə faktı olsa məsuliyyət marketin müdiri Nazim müəllimin üstündə qalacaq.

 

Qeyd edək ki, hər hansı  marketdə istifadə vaxtı keçmiş bir ərzaq məhsulu belə satılırsa, market sahibini 1500 manat məbləğində cərimə gözləyir. Bu cəriməni İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.

İstehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidirlər.(mozalan.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam