Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sumqayıt  VVAQŞ-də evlənənlərə belə “toy” tuturlar

 

Mənimlə evlənərsənmi? Bu suala müsbət cavab alandan sonra həyatınızın ən xoş, səs-küylü məqamı başlayır – toy hazırlıqları. Gəlin donunun seçilməsi, toy üzükləri və mərasimin ümumi təşkili.

Yenixeber.org: Rəsmi nikahın neçəyə başa gələcəyini araşdırmışıq.
Azərbaycanda rəsmi nikahı üç məkanda bağlamaq olar: ASAN Xidmət, Vətəndaşlıq Vəziyyətləri Aktlarınin Qeydiyyat Şöbəsi (VVAQŞ) və Səadət Sarayı (Bakı Nikah Evi).
VVAQŞ-də və ASAN Xidmət mərkəzlərində nikah bağlamaq – 5 manata başa gəlir. Bu dövlət rüsumudur və məhz bəy tərəfindən banka ödənilməlidir.

Lakin həmin məkanlarda nikahınızı daha təntənəli şəkildə qeyd etmək istəsəniz, 50 manat ödəməli olacaqsız. Bu qiymətə "ZAQS” işçiləri sizə şərbət üçün 6 bakal, şirniyyat masası, fon musiqisi, fotokamera ilə çəkiliş aparmaq imkanı yarada bilərlər. Masadakı təamları isə özünüz gətirməlisiz.
Bundan başqa, "ZAQS” nümayəndələri sizin nikahınızı kəsmək üçün toyunuzu qeyd etdiyiniz restorana, və ya digər məkana da gələ bilər. Şəhər içi məkanlara məmurun gəlişi 181 manat təşkil edəcək. Bakı ətrafına gəlmək yolun uzaqlığından asıllı olaraq daha 10-15 manat baha olacaq. Qeydiyyat şöbəsinin işçisinin mərasiminizə saat 19.00-19.30 radələrində gəlməsi nəzərdə tutulub.
ASAN Xidmətin nikah məmuru da restorana gələ bilər. Bunun üçün regoinlara görə fərqli qiymətlər tətbiq edilir. Bakıda buna görə 170 manat, Sumqayıtda 100 manat rəsmi dövlət rüsumu ödəməli olacaqsız. Bərdədə bu məbləğ 100 manat, Gəncədə 120 manat, Sabirabadda isə 175 manatdır. 

Lakin bunlar rəsmi rüsumlardır. Əksər hallarda  qeydiyyat şöbələrində kütləvi korrupsiya halları mövcuddur və bu heç kimə sir deyil.

Məsələn, Sumqayıt  qeydiyyat şöbəsində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir. Şöbənin müdiri Təranə Novruzova ancaq vətəndaşlardan pul qopartmaq haqqında düşünür. Ölkədə gedən uğurlu hüquqi islahatlara, etik davranış qaydalarına, şəffaflığa, qanunların icrasına məhəl qoymayan Təranə xanım sanki vətəndaşlara qənim kəsilib. Xüsusilə, yeni ailə quranlara divan tutur. Pulun oldu-olmadı ona yüksək məbləği ödəməlisən, Toyun hansı şadlıq evində olmasından, toya neçə gün qalmasından, şadlıq evinin yaxınlığından asılı olaraq elə qiymətlər qoyur ki... Başa düşmək olmur ki, bu rüşvəti o, nəyə görə alır. Toya 15 gün qalmış müraciət edənlərdən 170 manat, 20 gün qalmış müraciət edənlərdən isə 200 manat tələb edir. Kim onun istədiyi pulu verməsə, şadlıq evində nikah kəsdirməkdən imtina edir.

Görəsən hörmətli ədliyyə naziri Fikrət Məmmədovun Təranə Novruzovanın  bu özbaşınalıqlarından xəbəri varmı? İnanmaq olmur. Çünki hamı bilir ki, Fikrət müəllim ədliyyə sistemində ciddi bir şəffaflıq, qanunlara hörmət, qanunların icrasına nəzarət sistemi yaradıb. Təranə xanım isə görünür öz mənfəətini güdənlərdəndir, toya qazanc mənbəyi kimi baxır. Çox qəribədir ki, pul alandan sonra vətəndaşa nə qəbz verir, nə də başqa bir kağız.(mozalan.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam