DSMF-nin İmişli rayon şöbəsin sədri Sahil Babayevi saya salmır... -İDDİA
Yenixeber.org: DSMF-nin İmişli rayon şöbəsində uzun illərdir əcaib prosseslər baş verir . Hər yerdə arxasının möhkəm olduğunu söyləyən DSMF-nin İmişli rayon şöbəsinin rəisi elə bəlkə də söylədiyi sözləri isbat etmək üçün İmişlidə istədiyini edir və doğrudan da rayonda ona heç kimsə “gözün üstə qaşın var” deyə bilmir elə yeni nazirin özdə. Belə bir idda ilə paytaxt.org-un elektron ünvanına şikayət məktubu göndərilib. Şikayət məktubunda bir neçə məsələ düqqəti cəlb edir. Birincisi, şikayət məktubunda bildirilir ki, şöbə rəisi öz işçiləri ilə həddindən kobud və qeyri-etik davranır. Hətta öz işçisini döyərək xəstəxanalıq edib. İkincisi, şikayət məktubunda isə qeyd olunur ki, DSMF-nin İmişli rayon şöbəsinin rəisi rüşvəti açıq şəkildə istəyir və bu zaman heç kimdən və heç nədən çəkinmədiyini hər kəsə nümayiş etdirir. Şikayət məktubunda bildirilir ki, vətəndaşların kütləvi şəkildə incidilməsi konteksində mətbuata şikayət xarakterli audio - müsahibələr verilsə də, hətta şöbə rəisinin rəhbərlik etdiyi qurumun əməkdaşının rüşvət istəməsinin səs yazısı belə dərc olunsa da, bu şəxsə qaşın üstə gözün var deyən olmadı. Əksinə İntiqam Əliyev nazirlik tərəfindən himayə belə edildi. Bu şəxslə bağlı nazirliyə şikayət edənlərə isə "biz ona heç nə deyə bilmərik" - deyə cavab verdilər. Və məhz bu cür münasibətin nəticəsi olaraq da ötən həftənin cümə günü İmişli DSMF-yə müraciət edən vətəndaşı küçə söyüşləri ilə təhqir edib qovan şöbə rəisi həmin şəxsə hədə - qorxu gəlməkdən belə çəkinməyib. Bundan başqa, şöbə rəisinin bütün "qara işlərinə" rəhbərlik edən onun müavin Novruz Hüseynov vətəndaşdan "istəyini" artıq dillə ifadə etmir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeçiliyində fəaliyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlilin problemini "həll" emək üçün ondan istədiyi püşvətin audio yazısı mətbuatda dərc ediləndən sonra, bu məqsədlə istədiyi rəqəmi kalkluyatora yazır və vətəndaşa göstərir… Bütün bu iddialardan dolayı görünən o ki, illərdir bürokratiyaya əsir düşmüş DSMF-nin İmişli rayon şöbəsini yeni nazir də qurtara bilmir… Qarşı tərəfidə dinləməyə hazırıq |