Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Masallı DSMF-də vəzifələr satışa çıxarılıb

 


Dövlət Sosial Müdafi Fondunun (DSMF) Masallı rayon şöbəsində rəhbərlik dəyişildikdən sonra vəzifələr satışa çıxarılıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə JAM.AZ-a rayondan məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, Masallı DSMF-yə rəhbər təyin olunan Akif Əliyev işə çıxdığı ilk gün 7 işçisini vəzifəsindən uzaqlaşdırıb. Və bunu guya, DSMF rəhbərliyinin istədiyini bildirib. Lakin sonradan məlum olub ki, bütün bunlar hamısı qurulmuş oyundur və məqsəd vəzifələri sataraq, pul qazanmaq olub. 

JAM.AZ-a verilən məlumata görə, hal hazırda Masallı DSMF-də müavin postu 30 min manata satışa çıxarılıb. Bundan başqa, mühasib və digər vəzifələrin də qiymətləri 3000 manatdan başlayır. 

İşin ən ilginc tərəfi isə odur ki, Masallı DSMF-nin sədri həmin pulu özü üçün deyil, DSMF rəhbərliyi üçün istədiyini deyir. Guya, bu pulu ondan fondun rəhbərliyi tələb edir. Şübhəsiz ki, bu inandırıcı deyil. Çünki Masallıdan başqa heç bir rayon şöbəsinin rəhbərliyi belə bir iddiada bulunmayıb. Görünür, Akif Əliyev vəzifə satışını «leqallaşdırmaq» üçün günahı rəhbərliyin boynuna atmaq fikrinə düşüb. 

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam