Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

FHN-dəki postunu itirməkdə olan Əmiraslanov üçün xilas kəməri-Kənd Təsərrüfatı nazirinin müavini postu

 

Tapdıq Əmiraslanovun yaxın günlərdə Fövqəladə Hallar nazirinin müavini vəzifəsindən alınacağı gözlənilir

Yenixeber.org: Deputat Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov üçün Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunmasını ayarlamaq məqsədilə bütün imkanlarını səfərbər etdiyi bildirilir.

Dövlət başçısının sərəncamı ilə keçmiş gömrük generalı Nazim Məmmədovun fövqəladə hallar nazirinin müavini təyin edilməsi FHN rəhbərliyindəki düzəni bir qədər dəyişib. Fövqəladə Hallar Nazirliyinin nizamnaməsinə görə, 6 müavin postu olduğu halda bu sayın yuxarı olması da düşündürücüdür. Belə ki, hal-hazırda nizamnaməyə görə Fövqəladə Hallar Nazirinin 6 müavini olmalıdır. Nazim müəllimin müavin təyin edilməsi ilə isə müavinlərin sayını 7-yə çatdırır ki, bu da qanunvericiliyin pozulmasıdır.

Qanun pozuntusunun qarşısının alınması üçün təbii olaraq müavinlərdən biri ixtisar olunmalı, vəzifəsi ilə vidalaşmalıdır. FHN-dəki qaynaqlar müavin postu ilə vidalaşacaq şəxsin Tapdıq Əmiraslanov olacağını iddia edir.

Onun köməkçi vəzifəsindən birdən-birə fövqəladə hallar nazirinin müavini postuna təyin edilməsi də təəccüb doğurmuşdu. Hər halda, bir köməkçinin nazir müavini təyin edilməsi tarixdə görünmüş hadisə deyildi. Tapdıq müəllimin müavin işlədiyi illərdə də FHN-də rəsmi olaraq çox böyük işlərlə məşğul olmadığını hamı bilir. Ona qeyri-rəsmi olaraq bir-iki kiçik sahə tapşırılbmış ki, hazırda həmin sahənin də ondan alındığı bildirilir.

 Hal-hazırda T. Əmiraslanovun əsas işi ailəsinin biznesinə yardım etməkdən ibarətdir. FHN-ə isə demək olar ki, heç bir faydası toxunmur. Məhz buna görə ixtisara düşəcək müavin kimi o seçilib. Onun vəzifədən azad olunma barədə sərəncamının bu günə kimi hələ də imzalanmamasının səbəbi isə atası Əhliman Əmiraslanovun "yuxarılar”dan etdiyi xahişlərdir. Son prezident seçkilərindən sonra yeni kabinet formalaşdırılarkən oğlunun nazir təyin olunmasına çalışan Əhliman müəllimin çabaları nəticə verməmişdi. İndi isə Ə. Əmiraslanov sevimli oğlu barədə vurulmuş kadr imici formalaşmamsı üçün ondan ötrü yeni post axtarışına çıxıb.

 

Redaksiyamıza daxil olan başqa bir məlumata görə, Göyçə mahalının nüfuzlu şəxslərindən olan Əhliman müəllim belə bir post da tapa bilib. Yaxın günlərdə Tapdıq Əmiraslanovun kənd təsərrüfatı nazirinin müavini təyin ediləcəyi gözlənilir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(miq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam