Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ən çox müavin Kəmaləddin Heydərovdadır

 

 

     "xeberinfo.com": Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib. Bununla da Kəmaləddin Heydərovun müavinlərinin sayı yeddiyə çatdırıldı. Bu sərəncama qədər Fövqalədə hallar nazirinin müavinlərinin sayı beş idi: Rəfail Mirzəyev, Faiq Tağı-zadə, Etibar Mirzəyev, Ragim Lətifov və Orucəli Hacıyev.

Bu sərəncama qədər nazirlər arasında müavinlərinin sayına görə Kamaləddin Heydərova yalnız Daxili işlər naziri Ramil Usubov rəqib idi. Dünən verilən sərəncamla “fövqəlnazir” tək lider oldu.

 

  "xeberinfo.com" nazirliklərin və onların müavinlərinin siyahısı təqdim edir:

 

    Daxili işlər naziri  Ramil Usubovun 5 müavini var: Vilayət Eyvazov, Oruc Zalov, Əsgər Ələkbərov, Şahin Məmmədov, Fazil Quliyev.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun 3 müavini var: Əliyev Firdovsi, Novruz Quliyev və Rauf Hacıyev.

Energetika naziri Natiq Əliyevin 2 müavini var: Gülməmməd Cavadov və Natiq Abbasov.

Ədliyyə naziri Fikrət Məmmədovun 4 müavini var: Toğrul Musayev, Vilayət Zahirov, Azər Cəfərov və Mədət Quliyev

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun də 4 müavini var:  İdris İsayev,  Mətin Kərimli, Natiq Məmmədov və İlqar Rəhimov.

Gənclər və idman naziri Azad Rəhimovun 2 müavini var: İntiqam Babayev və İsmayıl İsmayılov

Xarici işlər naziri Elmar Məmmədyarovun 5 müavini var: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmməd-Quliyev, Hafiz Paşayev və Nadir Hüseynov.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 4 müavini var: Niyazi Səfərov, Sevinc Həsənova, Sahil Babayev və Sahib Məmmədov.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun 1 müavini var: İlham Quliyev.

Maliyyə naziri Samir Şərifovun 2 müavini var: İlqar Fəti-zadə və Azər Bayramov.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin 4 müavini var: Vaqif Əliyev, Ədalət Vəliyev, Sevda Məmmədəliyeva və Nazim Səmədov.

Müdafiə naziri Zakir Həsənovun 5 müavini var: Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Ramiz Tahirov, Qorxmaz Qarayev və Kərəm Mustafayev.

Nəqliyyat naziri – Ziya Məmmədovun 1 müavini var: Musa Pənahov

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun 2 müavini var: İltimas Məmmədov və Elmir Vəlizadə.

Səhiyyə naziri Oqtay Şirəliyevin 3 müavini var: Abbas Vəlibəyov, Nigar Əliyeva və Elsevər Ağayev.

Təhsil naziri Mikayıl Cabbarovun 1 müavini var: Ceyhun Bayramov.

Vergilər naziri Fazil Məmmədovun 4 müavini var: Natiq Əmirov, Namiq Əliyev, Sahir Məmmədxanov və Sahib Ələkbərov.

Müdafiə sənayesi naziri Yavər Camalovun 2 müavini var: Yəhya Musayev və Tofiq Rəfiyev.

 

Milli Təhlükəsizlik Nazirliyinin saytında (www.mns.gov.az) nazir Eldar Mahmudovun neçə müavinin olması barədə heç bir məlumat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam