Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Qəhrəmanın qızı deputat-rektora qarşı...

 

     
    "Xeberinfo.com": Bu gün “Odlar Yurdu” Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmayıb.
Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılamdığını deyib. Amma Adolat Aznaurova azxeber.com-a verdiyi müsahibədə bunun heç də belə olmadığını bildirib:
- “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev bu gün portalımıza verdiyi açıqlamada iddia edir ki, sizin imtahanlardan kəsrləriniz var. Və buna görə də dövlət imtahanına buraxılmırsınız.
- Xeyr, bu tamamilə yanlış məlumatdır. Mənim universitetdə sənədlərim var. Oradan da baxa bilərsiniz. Mənim heç bir kəsirim yoxdur. Məni imtahana maliyyə şöbəsinin imzası olmadığı üçün buraxmırlar. Onlar deyirlər ki, gərək mən universitetə olan borcumu ödəyim ondan sonra məni imtahana buraxacaqlar.
- Siz  universitetə olan 2 min manat təhsil haqqını ödəməmisiniz?
- Bilirsiz, mən ABU-da axırıncı kursda oxuyanda təhsil haqqımı ödəmişdim. Sonra universitet bağlandı və bizi buraya köçürdülər. “Odlar Yurdu” universitetində mənə dedilər ki, sən universitetlə müqavilə bağlamalısan. Mən də bağladım. Sonra dedilər ki, təhsil haqqı olan 2 min AZN-i verməlisən. Mənsə onlara ABU-dakı təhsil haqqımı ilin əvvəlində ödədiyimi dedim. Universitetdən isə mənə məbləği ödəməli olduğumu dedilər.
- Rektorla görüşüb bu probleminizi özünə demisinizmi?
- Əvvəlcə onu deyim ki, rektor məni tanıyır. Qəbulunda anamla bir yerdə 5 dəfə olmuşuq. Axırıncı dəfə dünən qəbuluna düşmək istədim. Köməkçisi Səbuhi müəllim mənim adımı yazıb gözləməyimi istədi. 3 saat keçəndən sonra Əhməd müəllim öz otağından çıxdı. Bizi görsə də qəbula buraxılmamağımızı tapşırdı.
- Universitet rəhbərliyi sizin milli qəhrəmanın qızı olduğunuzu bilir?
- Bəli, bilirlər. Mən dəfələrlə onlara da demişəm ki, atam milli qəhrəmandır.
- Siz ümumiyyətlə təhsil haqqını ödəmək istəmirdiniz yoxsa...?
- Xeyr, mən təhsil haqqını ödəyəcəyimi dedim. Sadəcə sentyabra qədər mənə vaxt vermələrini onlardan xahiş etdim. Heç bir kəsrim olmaya-olmaya məni dövlət imtahanına buraxmırlar. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam