Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı və Sumqayıtda saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsitərəfindən "Bakı Tikiş Evi" ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb.

 

Yenixeber.org: Dövlət Komitəsinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

 

Belə ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin "Sədərək", "Binə" və "Karvan" ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə "Mələk" və 40-cı məhəllədə yerləşən "Pompey" ticarət mərkəzlərində "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub.

 

Qurumun açıqlamasında deyilir ki, əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə xəbərdarlıq edilib: "Həmçinin məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib. Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcəkdir. Həmçinin saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür".

 

"Bunu əsas götürərək valideynlərə tövsiyə edirik ki, insan həyatı və sağlamlığının qorunması, istehlakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək", - deyə qurumdan bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam