Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Saxta məktəbli forması istehsal edən tikiş sexi aşkarlanıb

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi, ev 2 “B” ünvanında fəaliyyət göstərən  fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində aparılmış dövlət nəzarəti barədə bir neçə gün bundan qabaq məlumat verilib.

 
"Xeberinfo.com":  Komitənin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatda müəssisədə “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlərin təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı, istehsalın texnoloji təlimat olmadan həyata keçirildiyi, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi qeyd olunub.
 
Aparılmış araşdırmalar zamanı fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində başqasının əmtəə nişanından qeyri-qanuni istifadə edərək xeyli miqdarda məhsul istehsal olunması da müəyyən edilib. Belə ki, müəssisədə üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanı olan düymələr, etiketlər və hazır məhsullar aşkar olunub.
Bütün bunlarla əlaqədar fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində məktəbli formasının istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri cərimələnib.
 
Qanunvericiliyə əsasən, məktəbli formaları Azərbaycan  Respublikasında qüvvədə olan dövlətlərarası standart  (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.
 
Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.
 
Hazırda respublikada 2 müəssisənin – “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam