Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Valideynlərin başağrısı:tədris ili yaxınlaşır

 

Yeni dərs ilinə bir aydan az vaxt qalıb. Həftənin ilk iş günündən nisbətən ucuz məktəbli ləvazımatları almaq istəyənlər üçün metro stansiyalarının qarşısında satış yarmarkaları fəaliyyətə başlayacaq.

Yenixeber.org: Paytaxtın əksər ticarət mərkəzlərində, bazar və yarmarkalarda isə artıq məktəbli formalarının satışına başlanıb. Hətta bir neçə mağazada məktəbli dəstlərinin Bakı Tikiş Evinə (BTE) məxsus olduğunu bildirən elanlar da vurulub. Amma elə həmin mağazalar da daxil olmaqla əksər satış nöqtələrində Çin və Türkiyədən gətirilmiş, BTE-nin geyimlərindən fərqlənməyən şalvar, yubka və pencəklər də satılır. Satıcılar deyir ki, Türkiyədən yalnız şalvar və yubkalar gətirilib, çünki geyimlərin parçası keyfiyyətli olduğundan bu dəstlər BTE-nin tikdiyi məktəbli formalarından baha başa gəlir.

Metronun “Əhmədli” stansiyasının yaxınlığındakı yarmarkada hər iki mağazadan birində məktəbli geyimləri satılır. Satıcılardan biri Türkiyə istehsalı şalvarı göstərərək and-aman edir ki, dəfələrlə yuyulsa da, bozarmır, parça xarab olmur. Qiymət isə ölçüyə görə dəyişir, ibtidai siniflər üçün 20, yuxarı siniflər üçün 23 manata təklif olunur. Halbuki BTE-yə məxsus geyim 42 ölçüyə kimi 15, 54 ölçüyə kimi isə 18 manata satılır. Araz adlı satıcı söyləyir ki, BTE-nin dəstlərində hətta düymənin üstündə müəssisənin nişanı vurulub. Çindən gətirilən formalarda pencəyin qoluna, içərisinə BTE-nin əmtəə nişanı vurulsa da, düymələri fərqli olur. “Ötən il başım ağrıdı, dedilər ki, məktəbli formalarının əsas istehsalçısı Bakı Tikiş Evidir, ona görə də, Çindən gətirilən formaları satışdan yığışdır. Gizli mal satmaqdansa, satmamaq məsləhətdir”, - Araz deyir və əlavə edir ki, Çin istehsalı saxta malları “Sədərək” ticarət mərkəzindən tapmaq olar. Amma şalvarın materialına, tikilişinə diqqətlə baxmaqla onun saxta və keyfiyyətsiz olduğunu ayırd etmək mümkündür.

Nizami rayonundakı 4 saylı bazarda (“Vosmoy bazarı”), eləcə də “Xalqlar Dostluğu” yarmarkasında hər ölçüdə məktəbli formaları satışdadır. Bakı Tikiş Evi konkret qiymət müəyyənləşdirsə də, bəziləri geyimlərə endirim təklif edir, bu da formaların Çin istehsalı olması ehtimalını irəli sürməyə əsas verir. Baxmayaraq ki, satıcılar ciddi-cəhdlə Çin malı satmadıqlarını iddia edirlər. Onların sözlərinə görə, bəzən hətta 50 qəpik endirim alıcını fikrindən daşındırır, alver baş tutur. Buna görə də, endirim etməli olurlar.

Valideynlərin istəyi nəzərə alınaraq bu ildən məktəbli geyimlərini dəst kimi deyil, tək-tək də almaq mümkündür. Satıcılar onu da deyirlər ki, bu yenilik təkcə valideynlərə deyil, onlara da sərf edir. Çünki çox adam şalvar, yaxud yubka almaq üçün pencək və jileti də məcburiyyət qarşısında alırdı. İndi isə kimin nəyə ehtiyacı var yalnız onu alır.

İki övladı üçün məktəbli forması seçən Tahirə Quliyeva da geyimlərin tək-tək satılmasından razı qalıb. Onun sözlərinə görə, jilet və pencəyə xərcləyəcəyi pula iki köynək alıb.

Digər alıcı isə formaların dizaynında, rəngində dəyişiklik edilməməsindən məmnundur, deyir ki, kiçik qızı böyük bacısının formasını geyinəcək. Çünki geyimdən yalnız bir tədris ili istifadə edib, təzəsindən fərqlənmir. Böyük qızına isə yAubka və köynək alacaq. Satışdakı köynəklərin qiyməti 14 manatdan başlayır. Bu il geyim cəmi 32 manata başa gələcək və məbləğ onu razı salır.(virtualaz)

Ü.Xudiyeva

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam