Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Uşaqlar üçün saxta geyimlər satılır

 

Paytaxtda saxta məktəbli formalarını istehsal edən gizli sexlərlə bağlı araşdırmalara başlanıb

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı məlumat verib.
F. Talıblı deyib ki, artıq bununla bağlı Komitəyə siqnallar daxil olub. F. Talıblının sözlərinə görə, araşdırmalardan sonra "Bakı Tikiş Evi"nin (BTE) adı altında saxta məktəbli forması istehsal edən gizli sexlərin sahiblərinə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov da müəssisənin məhsullarının adı altında saxta məktəbli formalarının istehsal olunduğunu söyləyib: "Bizdə olan məlumtlara görə, artıq Binə və Sədərək ticarət mərkəzlərində bizim məktəbli formalarının saxta variantları satılır".
E. Əzimov həmin məktəbli formalarının keyfiyyətinin aşağı olduğunu, heç bir sertifikatı olmayan parçalardan istehsal olunduğunu deyib: "Biz bununla bağlı aidiyyatı qurumlara məktubla müraciət etmişik. İnanırıq ki, həmin məktəbli formalarını istehsal edən gizli sexlər aşkarlanaraq tədbir görüləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam