Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Bakıda Həbibullayevlərin macəraları davam edir-Biznes əldən gedir

 

Daha öncə dərc edilmiş yazılarımızdan oxuculamız agahdırlar ki, iş adamları olan Həbibullayev qardaşlarının atalarının ikinci arvadı Reyhan Novruzova doğma qardaşı – Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun köməyi ilə yalnız mərhum, iki ildən az müddətdə evli yaşadığı Şahid Həbibullayevin mirasının bir hissəsinə deyil, həm də onun oğullarının varidatını əlinə keçirir.

Yenixeber.org: Miras uğrunda məhkəmə çəkişmələri artıq bir neçə ildir ki, davam edir, çünki hakim Novruzov hər dəfə ədliyyə orqanlarına təsir edərək prosesi uzatmağa və bacısına mərhum ərindən qalmış mülkiyyətin daha böyük hissəsini mənimsəməyə yardım etməyə imkan tapır.

Bununla birgə, hakim Ələsgər Novruzovun özünəməxsus ədalət prinsiləri haqqında o qədər də xoş olmayan söz-söhbət bütün ölkəyə yayılıb. Şirvanda iddia edirlər ki. hakim mantiyasının arxasında o, Cənub regionunda çoxlarının həyatını korlayıb.

Bu yaxınlarda musavat.com-un yazdığına görə, 2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilib. Onun evindən və “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından küllü miqdarda narkotik maddə aşkarlanaraq götürülüb.

Həmin vaxt ölkənin aparıcı media qurumlarında verilən məlumatlara görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana çıxıb.

Bildirilirdi ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əməllə görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilmiş, rayonda yenidən narkotika satışı ilə məşğul olub. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Salyan rayonu Qaraçala qəsəbə sakini Elşən Məmmədovun cinayət işi baxılmaq üçün Sirvan Apelliyasiya məhkəməsində (iş nömrəsi:1(106)101/2018) hakim Ələsgər Novruzovun icraatında baxılıb.

Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan rayonu polis idarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik edərək kənd sakinlərinə, hal şahidlərinə təziq göstərmiş, onlara "siz hal şahidi olmaq üçün nə qədər pul almısınız?" deyərək, hal şahidlərinə psixoloji təzyiq göstərib.

Mənbəyə daxil olan məlumata görə, hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə də şikayət məktubu yazıb. Aldığımız məlumata görə, Salyan rayonunda narkotika satışı ilə məşğul olan və 5 kq narkotika ilə həbs olunmuş Elşən Məmmədov artıq azadlıqdadır. 

Fəqət Astara sakini Tahir Sovqatzadə ilə hakim Novruzov lazım olduöundan da sərt davranıb. İşin xüsusiyyətlərinə baxmayaraq, qətl törətməkdə ittiham olunan Sovqatzadə 5 il müddətinə azadlıqdan məhrum edilib. İndi onun ailəsi bütün instansiyalara müraciət edir ki, məhkəmənin qərarına yenidən baxılsın.

Görünür, öz fəaliyyətində hakim Ələsgər Novruzov sivil cəmiyyətin deyil, ilk növbədə öz “maraqlarını” güdür..(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam