Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Abşeron məhkəməsindən şikayət

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ..... ....... 
Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun , hakim Şövkət Nəcəfovanın qanunsuz hərəkətləri haqqında VƏ Ali Məhkəmənin Mülki Kollegiyaslnln qərarlnln ləgv edilməsi barədə .... .... ...... ......
Ş İ K A Y Ə T

 

"Xeberinfo.com":  Cənab Prezident!  

Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun və hakim Şövkət Nəcəfovanın qanunsuz hərəkətləri haqqında, 06.01.2015-ci il tarixdə Prezident Administrasiyasına, Ədliyyə Naziri Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov və Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının üzvü cənab Ramiz Rzayevə, Abşeron Rayon Saray qəsəbəsinin sakini80 yaşLl NƏNƏ Mailova Zibər İmanxan qızı ilə ikimiz bir yerdə şikayət ərizəsi ilə müraciət etmişik. 
Ali Məhkəmənin Mülki Kollegiyası №2(102)-3347/2014 saylı mülki işə baxarkən 25 sentyabr 2014-cü il tarixdə ədalətli və qanuni qərar qəbul edərək, müstəqil tələb irəli sürən 3-cü şəxs, yəni mən Mailova Zibərin kassasiya şikayətini təmin etmiş və həmin işdə mənə, yəni Şaxıyev Axverdiyə qarşı iddia irəli sürən Qocayeva Zülfiyyə Nurəddin qızının mənim (Şaxıyev Axverdi) mülkiyyətimdə olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması iddiası rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hər iki məhkəmənin) qətnamələrini ləğv etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası qərarın “Hüquqi Məsələlər Hissəsini” şərh edərkən yazılmışdır. “İş üzrə hər hansı halların tədqiq edilməsinə lüzum yoxdur. Əksinə işin yeni Apellyasiya baxışına göndərilməsi süründürməçiliyə gətirib çıxaracaqdır”. Ali Məhkəmənin qanuni qüvvədə olan ədalətli qərarı olmasına baxmayaraq Qocayeva Zülfiyyə, Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun bacısı Ofelyanın qonşusu olmasından istifadə edərək yenidən onun vasitəsilə məhkəməyə təsir edərək ədalətsiz və qanunsuz sifarişli qətnamə almağı məqsədilə Abşeron Rayon Məhkəməsinə iddia verərək guya mənim ona ziyan vurmağımı iddia edir və bu yolla mənim (Şaxıyev Axverdi) mülkiyyətimdə olan məhkəmə mübahisəsinə səbəb olmuş həmin torpağı məndən almaq istəyir. Hazırda həmin işdə Abşeron Rayon Məhkəməsində qərəzli aparılır. Belə ki, iddia ərizəsi məhkəməyə daxil olan kimi mənə məlumat vermədən həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş və qanunsuz qərardad qəbul edilmişdir. 22 dekabr 2014-cü ildə qəbul edilmiş qərardadı, 15 yanvar 2015-ci il tarixdə mənə verdi. Beləliklə, Abşeron Rayon Məhkəməsinin obyektiv və ədalətli olmasına inanmırıq. Çünki Məhkəmənin sədri Əşir Səmədov və hakim Şövkət Nəcəfova konstitusion hüquqlarımızın qorunmasına süni maneələr törətməklə qanunvericiliyi və etik normaları kobud formada pozurlar. 
Mahiyyət etibarı ilə eyni olan Qocayeva Zülfiyyənin iddiası və iddiasına Abşeron Rayon Məhkəməsi də yenidən baxır. Amma çox təəssüf ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 25 sentyabr 2014-cü il tarixdə qəbul etdiyi Qərarda: “İddiaçı Qocayeva Zülfiyyə Nurəddin qızının mənə, yəni cavabdeh Şaxiyev Axverdi Hacıağa oğluna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiasının rədd edilməsi” barədə qərar qəbul etmişdir. 
Eyni zamanda 16.01.2015-ci il tarixdə hazırlıq iclasında planlı, düşünülmüş şəkildə iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməməyindən hakim istifadə edərək, yəni mən (Şaxiyev Axverdi) iddia ərizəsinin qanunsuz, əsassız, həmin işə məhkəmədə baxıldığı üçün və Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvədə olan qərarı olduğu üçün, icraata xitam verilməsi ilə bağlı verdiyim “Vəsatəti” baxılmamış saxlayaraq növbəti məhkəmə iclasını bir ay sonraya, yəni 16.02.2015-ci il tarixə təyin etmişdir. Beləliklə, hakim iddia ərizəsinin baxılma müddətinin bitməsinə şərait yaradaraq məhkəmə araşdırması aparmadan qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə zəmin yaradır. 
Qeyd edim ki, mən (Mailova Zibər) Saray qəsəbəsində mərhum ərimin mirasını, yəni fərdi yaşayış evini 1999-cu ildə 7500 (yeddi min beş yüz) ABŞ dollarına satdım və həmin pulla məhkəmə mübahisəsinə səbəb olmuş həmin torpaq sahəsini 1000 (bir min) ABŞ dollarına, yəni məndən ( Şaxıyev Axverdidən) aldım və fərdi yaşayış evi tikdirdim. Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixdə qəbul edilmiş qanunsuz məhkəmə qətnaməsində də, yəni mən Şaxıyev Axverdi, onun arvadı Gülnarə xanım və dörd şahid ifadələri də mənim, yəni Mailov Zibər izahatımı təsdiq ediblər. 
Cənab Prezident! 
XAHIŞ EDIRIK Konstitusion hüquqlarımızın qorunmasında, Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun və hakim Şövkət Nəcəfovanın qanunsuz hərəkətlərinə son qoyulmasında, onların intizam məsuliyyətinə cəlb olunmasında və ədalətsiz qətnamə qəbul edilməsinin qarşısının alınmasında bizə köməklik edəsiniz. 

Azerbaycaninfo.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam